Bu gün:

Əllərin titrəməsinə nə səbəb olur?


Əl titrəməsinin səbəbləri aclıq və ya susuzluq, aşağı qan şəkəri, qalxanabənzər vəzinin həddindən artıq işləməsi (hipertireoz), stress, qorxu, qəzəb, yorğunluq, yuxusuzluq, həddindən artıq kofein qəbulu, stimulantların istifadəsi və nevroloji problemlər kimi ani emosional reaksiyalardır. Əl titrəməsinə səbəb olan nevroloji problemlərə, ümumiyyətlə, parkinson, epilepsiya və MS xəstəliyi daxildir.

Əl titrəməsini necə müalicə etmək olar?

Əl titrəməsinin müalicəsi psixoloji və ya nevroloji səbəblərdən asılı olaraq dəyişir. Psixoloji səbəblər olduqda psixiatrik müayinə, müalicələr lazım gəldikdə isə dərman müalicəsi tətbiq edilir. Əl titrəməsi adətən aşağıdakı üsullarla müalicə olunur:

Psixoloji müalicə və ya dərman

Nevroloji xəstəliklər üçün beta bloker və tutma əleyhinə dərmanlar

Şiddətli əl titrəməsi üçün beyin əməliyyatları

Mənbə: Memorial Sağlık Grubu

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et