Bu gün:

"McDonald's"-ın nə qədər işçisi var?


McDonald's və onun françayzinqlərində təxminən 1,9 milyon işçi çalışır. McDonald's-ın 100-dən çox ölkədə 35.000-dən çox şöbəsi var.

Amerika Birləşmiş Ştatlarının Oak Brook şəhərində yerləşən McDonald's 1940-cı ildə San Bernardino, Kaliforniyada Richard və Maurice McDonald tərəfindən idarə olunan barbekü restoranı kimi fəaliyyətə başlayıb. McDonald's 1948-ci ildə barbekü biznesini hamburger stendinə çevirir. Ray Kroc 1955-ci ildə şirkətə françayzi kimi qoşulur və tezliklə McDonald qardaşlarından zənciri satın alır. McDonald's restoranları McDonald's korporasiyası, onun törəmə şirkəti və ya françayzisi tərəfindən idarə olunur.

Mənbə: 411answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et