Bu gün:

Dünyanın 5 ən təhlükəli şəhəri


İstənilən şəhərin təhlükəsizliyi həm turistlər, həm də sakinlər üçün ən vacib meyarlardan biridir, çünki hər kəs yaşadığı şəhərin küçələrində gəzərkən özünü dinc və təhlükəsiz hiss etmək istəyir. Bundan əlavə, tətil planları qurarkən, rahat hərəkət edə biləcəyimiz yerləri seçmək istərdik. Dünyada bu kriteriyalara cavab verən çoxlu şəhərlər var, əksinə, elə şəhərlər var ki, pulunu ödəsələr belə, onlara addım atmaq istəməyinizə əminik. Çünki bu bölgələr qətl, narkotik və terror hücumları kimi cinayətlərin sayına görə dünyanın ən təhlükəli şəhərləri sırasındadır. Budur dünyanın ən təhlükəli 5 şəhəri!

1. San Pedro Sula (Honduras)

San Pedro Sula dünyanın ən təhlükəli şəhəri kimi tanınır, çünki bu şəhərdə hər il 100.000 nəfərdən 169-u qətlə yetirilir. Bu məlumatlarla San Pedro Sula dünyada qətl nisbəti ən yüksək olan şəhərlər siyahısında birinci yerdədir. Ona görə də bir çox turizm şirkət və təşkilatları turistlərə bu şəhərə getməməyi tövsiyə edir.

2. Karakas (Venesuela)

Venesuelanın paytaxtı Karakas, əslində, bir çox cəhətlərdən ölkənin ürəyinin döyündüyü şəhərdir, lakin şəhərdə törədilən vəhşi qətllər Karakası dünyanın ən təhlükəli şəhərləri siyahısına salıb. Şəhərdə hər il törədilən qətl nisbəti 100 min nəfərə 99 olaraq qeyd olunur.

3. Pişəvər (Pakistan)

Pakistanda yerləşən Pişəvər şəhərində çoxlu tayfalar yaşayır. Bu qəbilələr arasında hökmranlıq uğrunda gedən mübarizələr Pişəvərini ən təhlükəli şəhərlərdən birinə çevirir. Bu ərazi, xüsusilə, şəhərə gələn əcnəbilər üçün təhlükəsiz yer deyil. Şəhərdə bu məsələ ilə bağlı tədbirlər görülsə də, tayfalar arasında silahlı hücumlar və partlayışlar səbəbindən Pişəvər dünyanın ən təhlükəli şəhərləri sırasındadır.

4. Kali (Kolumbiya)

Narkotik mafiyasının az qala əsir düşdüyü Kolumbiyada yerləşən Kali bu vəziyyətdən öz payını alan şəhərlərdəndir. Həm narkotik ticarəti, həm də ildə orta hesabla 80 qətl hadisəsi ilə təhlükəli şəhər kimi bizim siyahımızdadır. Bu səbəbdən Cali uzun illər turistlərin gəlməyəcəyi bir şəhər olaraq qalmağa davam edəcək kimi görünür.

5. Maceio (Braziliya)

Alaqoas əyalətinin paytaxtı Maceio da yüksək cinayət nisbətləri ilə dünyanın ən təhlükəli şəhərləri siyahısındadır. Şəhərin nə qədər təhlükəli olduğunu izah etmək üçün ildə 100.000 nəfərə 135 qətl kifayətdir.

Mənbə: Onedio

Tərcümə etdi: Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et