Bu gün:

Uşaqların hansı yaşlarda idmana başlaması daha məsləhət görüləndir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi idman eksperti Ağa Dadaşzadədir. O, uşaqların hansı yaşda idmana getməli olduğundan danışıb.  

-Uşaqların, əsasən, hansı yaşlarda idmana başlaması daha məsləhət görüləndir?

Bu, olduqca aktual məsələdir. Ümumilikdə, 2 idman növü var: fiziki və zehni. Yaxşı olar ki, uşaqlar 4-5 yaşından idmana başlasınlar. İlk növbədə, gimnastika ilə başlamaq daha uyğundur.  Gimnastika bədəni olduqca elastik formaya salır, bədənin hamarlaşmasına və optimal vəziyyətdə olmasına şərait yaradır. 4-5 yaşlarından gimnastikaya gedən uşağın bir ömür boyu əzələsində, bədən quruluşunda idman mühüm önəm daşıyır. Və 1-2 il sonra növbəti idman növlərinə keçmək doğru variantdır. Uşaq futbol və digər idman növlərinə 10-11 yaşında da qoşulub uğur qazana bilər. Amma dediyim kimi, 4-5 yaş ən uyğun vaxtdır. Çünki həm uşağın qavrama məsələləri, həm idmana sevgisi, həm də istiqamət yolu tutması önəmli faktorlardandır. 

Gülnisə Əfkari

Paylaş