Bu gün:

Dünyada görülməli 10 qeyri-adi yer


Bəşər tarixi boyu insanlar təbiət gözəlliklərinə maraqla yanaşıb, onun olduğu bölgələrin ətrafında məskunlaşıblar. Dünya əhalisinin artması ilə təbii gözəlliklərin və "əl dəyməyən" yerlərin əhəmiyyəti artmışdır. Urbanizasiya və izdihamlı əhali səbəbindən insanlar ən kiçik yaşıl sahəyə belə dəyər verir, qeyri-adi gözəllik yerləri isə səyahətçilərin səyahət planlarını formalaşdırır.

1. Wisteria tuneli, Kitakyushu, Yaponiya


Yaponiyanın Kawachi Fuji bağlarında yerləşən Wisteria tuneli dünyanın ən rəngarəng guşələrindən biridir. 20-dən çox müxtəlif növ çiçəklərin olduğu tunel bənövşəyi və ağ rəngi ilə ziyarətçiləri heyran edir. Minlərlə ziyarətçinin gəldiyi bağın ən məşhur guşəsi olan tuneldə gül qoxusu insanları valeh edir.

2. Mavi Lagoon, İslandiya


İslandiyanın təbiət möcüzələrindən biri olan Mavi Lagoon buz ölkəsinin altında nə qədər isti olduğunun sübutudur. Geotermal bulağın yerlə qovuşduğu nöqtədə yerləşən Blue Lagoon buxarlanan qaynar suları və buzlu havası ilə insanları təəccübləndirir. Dəri xəstəliklərinə yaxşı olduğu deyilən suyun temperaturu, orta hesabla, 35-39 dərəcə arasındadır.

3. Lavanda tarlaları, Provans, Fransa


Fransanın Provans bölgəsində, Marseldən 50 km məsafədə yerləşən lavanda tarlaları möhtəşəm qoxusu və bənövşəyi rəngin hakim olduğu təpələri ilə bütün duyğulara xitab edir. YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan bu bağları ziyarət etmək üçün ən yaxşı vaxt iyul-avqust aylarıdır.

4. Kristal Mağara, Skaftafell, İslandiya


İslandiyanın Skaftafell Milli Parkında yerləşən Kristal Mağara minlərlə illik buz birləşmələrinin günəş işığı ilə rəngdən rəngə keçdiyi sonsuz dərin bir quruluşdur. Hər il minlərlə insanın ziyarət etdiyi mağarada reallıq hissindən uzaqlaşmaq mümkündür.

5. Rays tarlaları, Yunnan


Çinin Yunnan bölgəsindəki Ailao dağının ətəyində yerləşən düyü tarlaları terraslı strukturları və müxtəlif rəngləri ilə çox maraqlı bir quruluşdur. Xüsusilə, quşbaxışı ilə insanları heyran etməyi bacaran bölgənin 2500 illik tarixi var. YUNESKO siyahısında olan təpəni görmək üçün hər il minlərlə insan bu şəhərə gəlir.

6. Plitvitse gölü, Xorvatiya


16 fərqli göl və bu gölləri birləşdirən şəlalədən ibarət olan Plitvice Milli Parkı Xorvatiyanın Bosniya və Herseqovina ilə sərhədi yaxınlığındadır. Əl dəyməmiş və toxunulmamış meşələrlə əhatə olunmuş bu ərazidə yaşılın hər çalarına rast gəlmək mümkündür. YUNESKO siyahısına daxil edilmiş qorunan ərazinin hər addımında heyrətamiz təbii gözəlliyə rast gəlinir.

7. Amazon çayı


Cənubi Amerikada uzunluğu, təxminən, 6500 km olan dünyanın ən böyük çaylarından biri olan Amazon, bir çox endemik bitki, pestle növlərinə və yerli qəbilələrə ev sahibliyi edir. Urbanizasiya təhlükəsi altında olan Amazon çayı hövzəsində cəngəlliklərdə dünyadan uzaqlaşmaq kifayət qədər asandır.

8. "Ki" Monastırı, Himalay dağları

Himalay dağlarının ortasında, kiçik bir kənddə yerləşən "Ki" Monastırı dəniz səviyyəsindən 4000 metr yüksəklikdə yerləşir. Monastıra çatmaq üçün çətin marşrutla getmək lazımdır. İctimai nəqliyyatın olmadığı yerlərdə fasilələrin olduğu yollardan keçməklə görünən monastır səhraya bənzəyən vadidəki cənnət toxunuşunu xatırladır.

9. Qum təpələri, Huacachina, Peru


Perunun cənub-qərbində bir səhra və səhranın ortasındakı təbii göl ətrafında tikilmiş Huacachina kəndi heyrətamiz səhra təcrübəsi təqdim edir. Bir çox əfsanəyə və hekayəyə mövzu olan qum təpələrində ATV safari və cip turu kimi fəaliyyətlər həyata keçirilir. Qum təpələrinin vizuallığı insanları valeh edir.

10. Angel Falls, Venesuela


Dünyanın ən hündür şəlaləsi kimi tanınan Angel Venesuelada yerləşir. Təxminən, 950 metr hündürlükdən tökülən Angel Falls ilin bütün fəsillərində dumanlı bir görünüşə malikdir. Şəlalənin ən yüksək nöqtəsindən ən alçaq yerə heç bir maneə ilə rastlaşmadan axan sular insanlara həm vizual, həm də səsli təsir göstərir.

Mənbə: Turna.com

Tərcümə etdi: Fidan Abdullayeva 


Paylaş
Şərh əlavə et