Bu gün:

Metallica


Metallica — 1981-ci ildə barabançı Lars Ulrixin "The Recycler" jurnalında reklam yerləşdirməsi ilə Los-Ancelesdə yaradılmış Amerika metal qrupudur.

"Metallica"-nın ilk heyəti Ulrix, bas gitarçı və vokalçısı Ceyms Hetfield və əsas gitaraçı Dave Mustaindən ibarət idi. Mustain daha sonra alkoqolizm və narkomaniya problemlərinə görə işdən çıxarıldı. Onun yerini "Exodus" qrupunun gitaraçısı Kirk Hammet tutdu. Metallica Ron McGovney, Cliff Burton (qrup qastrol səfərində olarkən avtobus qəzasında həlak olmuş) və Jason Nyusted də daxil olmaqla bir neçə dəfə basçı dəyişdirmişdir. Hazırkı basçı 2003-cü ildə qrupa qoşulan Robert Trujillodur.

'Metallica"-nın ilk buraxılışlarına sürətli templər, instrumentallar və aqressiv musiqiçilik daxil idi ki, bu da onları Slayer, Megadeth və Anthrax ilə birlikdə metal alt janrının "böyük dördlüyündən" biri kimi tanıtdı. Qrup, 1986-cı ildə ən nüfuzlu və "ağır" metal albomlarından biri hesab olunan "Master of Puppets" buraxılışı ilə yeraltı musiqi ictimaiyyətində artan fan bazası və tənqidi bəyənmə qazandı. Qrup Billboard 200-də bir nömrəli debüt edən Metallica (1991) böyük kommersiya uğuru əldə etdi. Bu buraxılışla qrup musiqi istiqamətini genişləndirdi və nəticədə daha geniş auditoriyaya xitab edən albom çıxardı.

2000-ci ildə "Metallica" qrupun müəllif hüquqları ilə qorunan materialını qrup üzvlərinin razılığı olmadan pulsuz paylaşdığına görə Napsteri məhkəməyə verdilər. Nəticədə Napster təzminat ödəməli oldu. "Metallica"-nın "Müqəddəs Qəzəb" və "polad səsli" nağara mahnıları istisna olmaqla, artıq 2000-lərdə çox pərəstişkarı özündən uzaqlaşdırdı. "Some Kind of Monster" adlı film ilə "Müqəddəs Qəzəb"-ın yaradılması prosesi təqdim edildi.

"Metallica" doqquz studiya albomu, iki canlı albom, iki EP, iyirmi iki musiqi videosu və qırx dörd sinql buraxmışdır. Qrup doqquz Grammy mükafatı qazanıb. Qrupun 1991-ci ildə çıxardığı "Metallica" albomu ABŞ-da 15 milyondan çox, dünya üzrə isə 22 milyon nüsxə ilə satılıb ki, bu da onu ölkədə ən çox satılan 25-ci albom edir. Qrup son albomu "Death Magnetic"-in buraxılışına kimi dünya üzrə təqribən 100 milyon albomu satılmışdı.

Metallica 2009-cu ildə Rock and Roll Şöhrət Zalına daxil edildi. Metallica "Sonishpere" adlandırdığı festivalla seçilmiş bir neçə Avropa ölkəsində səfərlərə çıxamağa başladı.

15 iyun 2011-ci ildə Metallica, müğənni-bəstəkar Lou Reed ilə səsyazma seanslarının başa çatdığını elan etdi. Lulu adlı albom bir neçə ay ərzində yazılmış və Frank Wedekind-in "Lulu" pyesləri, Earth Spirit və Pandora's Box əsasında on mahnı ilə nəticələnmişdir. Albom 31 oktyabr 2011-ci ildə buraxıldı.

Mənbə: thevogue.com
Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et