Bu gün:

İnformasiya texnologiyalarında hansı stereotiplər var?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı İT üzrə mütəxəssis Fərhad Mirəliyevdir. O, informasiya texnologiyalarında olan stereotiplər barəsində danışıb.


İnformasiya texnologiyalarında hansı stereotiplər var?

Xakerlər

Çox adam sosial şəbəkələr üzərindən özünü xaker adlandıran şəxsləri ciddiyə alır. Bu profillər üzərindən müxtəlif sosial şəbəkələrin profillərini qırmaq və s. təklif olunur və ya universitetdə imtahan qiymətlərinə müdaxilə və s. Əslində olan isə xaker hesab olunan şəxsin heç vaxt belə işlərə ehtiyac duymamasıdır və ya ictimai açıq xidmət satmamasıdır.

İT mütəxəssislərinin hamısının kompüter söküb-yığa bilməsi

İT mütəxəssis mütləq kompüter düzəldə, onu sökə və yaxud yığa bilir deyə bir mif vardır. İT sahəsində elə ixtisaslaşmalar vardır ki, həmin mütəxəssislər kompüter təmir edə bilmirlər.

İT mütəxəssislərinin proqramçı olması

İT mütəxəssis çox zaman proqramçı adı ilə çağırılır ki, bu da əslində düzgün deyil. Elə düşünülür ki, İT mütəxəssis ən azı 1 proqramlaşdırma dili bilməlidir. Əslində olan isə İT daxilində elə peşələrin olmasıdır ki, orada proqramlaşdırma tələb olunmur. İT mütəxəssis həmişə proqramçı deyil, proqramçı isə həmişə İT mütəxəssisdir.

İT sahəsində yalnız oğlanların işləyə bilməsi

İT sahəsində yalnız oğlanlar işləyə bilər kimi bir fikirlər də vardır. Bəzi peşələrin nisbətən ağır olmağından da irəli gəlir bu fikirlər. Praktikada olan isə İT sahəsinin istənilən peşəsinə kişilər qədər qadınların da uyğun olduğunu görə bilirik.

Humanitar sahədə təhsili olanların İT üzrə işləyə bilməyəcəkləri

Humanitar sahədə təhsil alan adam İT sahəsində sanki işləyə bilməz. Əslində tələb olunan isə məntiqi və riyazi hesablamalar aparmaq bacarığıdır. Xeyli sadə insanlar başqa sahələrdən İT sahəsinə keçid edirlər və uğur da qazanırlar.

İT-nin bütün sahələrində maaşın yüksək olması

Çoxları elə bilir ki, İT bütün sahələrində maaş çox yüksəkdir. Əslində isə müəyyən peşələrdə ( kibertəhlekəsizlik üzrə mütəxəssis, verilənlər bazasının inzibatçısı və s.) yüksək maaş xətti daima saxlanılır. Amma müəyyən ixtisaslaşmalar digər sahələrdən ciddi fərqlənməyən əmək haqqı ilə təmin olunurlar.

Hazırladı: Gülay Qəribova

Paylaş
Şərh əlavə et