Bu gün:

Qorxularımıza necə qalib gələ bilərik?


Qorxu hər birimizin hiss edə biləcəyi bir duyğudur. İnsanlar təbiətdə təhlükəli hesab etdikləri vəziyyətlərdən qorxurlar və uzaq durmağa, imkanları varsa qaçmağa ya da özlərini qorumağa çalışırlar. Bu səbəbdən, qorxu insanı qoruyur, çəkinməyə vadar edir. Qorxu təhlükələrə qarşı verdiyimiz reaksiyadır. Məsələn, uşaqlar oddan qorxur və ona yaxınlaşmaqdan çəkinirlər.




Tez-tez qorxuya düşdüyümüzü izah etməkdə çətinlik çəkə bilərik, çünki obyektdən deyil, daha çox, bu barədə aldığımız fikirlərdən qorxuruq. Bunlar valideynlərdən və ya digər insanlardan alınan fikirlər və travmalar ola bilər. Anası itdən qorxan uşaq bu qorxu ilə genetik olaraq doğula bilər və ya ananın davranışını anlayaraq itdən qorxmağa və qaçmağa çalışa bilər. Zəlzələ, sarsıntı, göy gurultusu kimi qorxular, demək olar ki, hər kəsin biləcəyi qorxulardır ki, bu da müəyyən bir nöqtəyə qədər real ola bilər, bu qorxuları şişirdilmiş kimi yaşamaq ağrılı bir vəziyyət kimi qəbul edilə bilər.

Ağrılı kimi xarakterizə edilə bilən qorxular bir obyekt və ya vəziyyət nəticəsində inkişaf edən, ümumiyyətlə, bir insan tərəfindən təhlükəli kimi qəbul edilən qorxulardır. Misal üçün: "Tək çıxsam, ürək döyüntülərim olacaq, özümü pis hiss edəcəm və hamı mənə baxacaq" düşüncəsi insanı tək buraxmayacaq və tək qalmaq məcburiyyətində qaldıqda bu düşüncənin təsiri altında daha çox olacaq. 

Başqa bir nümunəyə baxaq: Cəmiyyətdə danışmaqdan qorxan bir insan, cəmiyyətlə ünsiyyətdə olanda üzünün qızaracağını, əllərinin titrəyəcəyini, vəziyyətinin hamı tərəfindən görüləcəyini və utanacağını, ləyaqətsiz sayılacağını düşünür. Bu düşüncələrlə daxil olduğu cəmiyyətdə həqiqətən qızardıqda performansı pisləşir, əlləri əsir,təbiiliyini itirir və bu səbəbdən, ətraf mühitdə xoşagəlməz bir təəssürat yarada bilər.

Qorxular gücləndikcə insanlar qorxularını yaşadıqları vəziyyətlə əlaqələndirirlər və bu reaksiyaları aradan qaldırmaq üçün heç bir səy göstərmirlər,nəticədə, bu çatışmazlıq qorxularını daha da artırır. Baş verən pis hadisə insanı ümidsizliyə və hətta özünəqapanmaya sövq edir. İnsan qorxusunun öhdəsindən gələ bilməyəcəyini, ondan qurtula bilməyəcəyini düşünməyə başlayır. Nəticədə, bu qorxu yaradan vəziyyətdən qaçmaq və ya kənarda qalmaq və çarəsizliyi qəbul etmək şəklində baş verir. 

Nümunə ilə izah etməyə çalışaq; Hündürlükdən qorxan insan düşünür ki, hündürlüyə qalxsa, yıxıla , idarəetməni  və  huşunu itirə bilər. Bu düşüncələrdə daha yüksək bir yerə qalxmaq məcburiyyətində qalsa, çox tərləməyə başlaya bilər, əlləri titrəyir, ürəyi sürətlə döyünür, ağzı quruyur və bədəni  uyuşur. Bu simptomlar insanın "yıxılacağam" düşüncəsini gücləndirir və insan bu vəziyyəti idarə edə bilməyəcəyini düşünərək özünü çarəsiz hiss edir, qorxusu daha da artır və bu mühiti ən qısa müddətdə tərk etməyə çalışır. 

Qorxulara qalib gəlmək üçün bunları etmək doğrudur:

1.Məsuliyyəti öz üzərinizə götürün.

2.Qorxunuzu aydın şəkildə təsvir edin.

3.Qorxunuzu qəbul edin.

4.Qorxu hiss etdiyiniz anda ağlınıza gələn narahat düşüncələri basdırmayın və ağlınıza gələndə yaranan narahatlığın azalmasını gözləyin.

5.Tədricən qorxuya səbəb olan vəziyyəti analiz edin və qorxunuzun üzərinə gedin. Unutmayın ki, xoşagəlməz vəziyyətdən qaçdıqca qorxu hər zaman sizin üzərinizdə qalacaq. 

6.Əvvəllər heç vaxt edə bilməyəcəyinizi düşündüyünüz işləri etməyə başlasanız, özünüzə inamınız artacaq

7.Ətrafınızdakılar sizin içinizdəki müsbət dəyişiklikləri görə biləcəklər.

Mənbə: Piskonet

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et