Bu gün:

Yaxşı valideyn necə ola bilərik?


Valideyn övladına daha yaxşı həyat qurmağa çalışır. Bəzən, elə vəziyyətlər yaranır ki, bu hallar  valideyn və övlad münasibətlərinə ziyan vura bilər.

ilkin məqsədinin işləri olduğununun dəfələrlə şahidi olduq. Bugünkü ailələrdə uşaqlar, təəssüf ki, özünə qapanırlar. Uşaqların ən vacib və böyük ehtiyacları valideynlərinin sevgisi və diqqətidir. Uşaqlarımızdan əvvəl heç bir iş və bəhanə olmamalıdır.

Vaxtı gələndə "mən hətta onun üçün canımı verərdim" deyən uşaqlarımıza, bir televiziya şousuna, futbol oyununa və televiziya proqramına görə laqeyd yanaşmamalıyıq, dediklərimizi həyata keçirməliyik. Onlarla səmərəli vaxt keçirməyi bilməliyik. Çox yaxşı başa düşməliyik ki, birlikdə televizora baxmaq heç vaxt səmərəli vaxt keçirmək  demək deyil. Onlar üçün xüsusi vaxt çərçivəsi ayırmalıyıq.


Bu, valideynlərin ən çox yayılmış səhvlərindən biridir. Təəssüf ki, valideynlər övladlarına, bəzən, bilərək və ya bilmədən "təhsilində uğurlu olarsansa, səni daha çox sevəcəyik" tipli mesaj göndərirlər. Xüsusilə, kiçik uşaqlarda müvəffəqiyyət yönümlü bir valideyn sevgisi anlayışı, uğursuz olduğum təqdirdə uşaqların özlərini sevilməyən kimi qiymətləndirməsinə və özlərini dəyərsiz hiss etmələrinə səbəb ola bilər. Uşaqlarımızı qeyri-şərtsiz  olaraq onlara göstərdiyimiz sevgidən və yaxşılıqdan təmanna gözləmədən sevgimizi göstərmək önəmlidir.

Uşaq hər kəsin vəzifəsindən xəbərdar olmalıdır, analar ana, atalar ata kimi davranmalı və uşaq üçün yaxşı rol oynamalıdırlar. Bundan əlavə, uşaq böyütmək vəzifəsi yalnız anaların vəzifəsi deyil. Valideynlər uşağın tərbiyəsi vəzifələrini bölüşməlidirlər və hər ikisi də uşaqla əlaqəli məsuliyyəti öz üzərinə götürməlidir. Effektiv valideynlik həm ananın, həm də atanın uşağı böyütməkdə aktiv olmasını tələb edir.

Uşaqlar evdə bir sıra qaydaların olduğunu bilməlidirlər. Üstəlik, evin içərisində bütün ailə üzvlərini əhatə edən çox uzun olmayan qaydalar siyahısı tərtib edilməli və bu siyahı tərtib edilərkən hər kəsin fikri soruşulmalıdır. Unutmayın ki, intizam şifahi, yaxud da fiziki zorakılıq demək deyil və intizam təhsili ilk növbədə ailədə aparılır. Effektiv valideynlik heç vaxt uşağa diktatura və təzyiq qurmaq demək deyil.

Uşaqların məsuliyyət hissini inkişaf etdirməsi üçün valideynlər empatik olmalıdırlar. Məsuliyyətsiz uşaqlar məktəb yaşlarında dostları arasında problemlər yaradır və böyüdükdə bütün cəmiyyətdə problemlərə səbəb olurlar. Kiçik yaşlarından uşaqlarınıza yaşlarına uyğun vəzifələr verin. Bu, yemək masasına çörək gətirmək, çörək mağazadan çörək almaq, otağını təmizləmək ola bilər.

Başlanğıcda qeyd etdiyimiz kimi, valideynlik çox məsuliyyət daşıyır və dünyanın ən vacib işidir. Effektiv valideynlik uşağın maddi ehtiyaclarını ödəmək məsələsi deyil.  Bunlar deyilə biləcək əsas şeylərdir.

Mənbə : Alışkanlık

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et