Bu gün:

Psixoloq imtina etməyi öyrənməyin sadə yollarını vurğuladı


Psixoloq Aygül Qrand dostlarına və qohumlarına nədəsə imtina etməyi bilməyən insanlara məsləhətlər verib 

Psixoloq Aygül Qrand “yox” deməyi bacarmayan insanlara məsləhətlər verib. Gazeta.Ru yazır ki, o onları sorğulara dərhal cavab verməyə deyil, əvvəlcə, düşünmək üçün vaxt istəməyə dəvət edir.

Qrand deyir ki, dostların, ailənin və həmkarlarının hər istəyinə razılıq vermək vərdişindən imtina etmək olduqca çətin ola bilər. Psixoloqun fikrincə, bunun üçün ən vacib addım şəxsi sərhədlərin qurulması olacaq. Mütəxəssis imtina etməyi öyrənməyin bir neçə sadə yollarını vurğuladı:

“İmtina etməyi tədricən öyrənin. Əvvəlcə, özünüzə “yox” deyin və məsələn zərərli yeməklərdən imtina edin. Sonra iti hazırda sizin gəzdirməyinizə baxmayaraq, uşaq gəzdirmək istədisə, bunu da düzəldin, qoyun iti bu gün yalnız sahibi gəzdirsin”. 

Qrand əlavə etdi ki, hər şeyə razılıq vermək vərdişi çox vaxt uşaqlıqda uşaq üçün bütün qərarları qəbul edən və itaətsizliyi cəzalandıran dominant valideynlər səbəbindən formalaşır. İnsan böyüdükcə fərdilik göstərmir, mübahisə etməkdən, şəxsi fikrini müdafiə etməkdən qorxur. Bundan əlavə, bəziləri rədd edilmək qorxusundan imtina etməyi bacarmırlar.

Mənbə: Lenta.ru

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et