Bu gün:

“Sosial fobiyanı sağaltmaq asan deyil”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi klinik psixoloq Vəfa Rəşidovadır. O, sosial fobiyadan danışıb.

-Sosial fobiyanı necə aradan qaldırmaq olar?

Bu gün Azərbaycanda sosial həyat genişdir. Buna görə də, sosial fobiyanın çoxaldığı bir zamandır. Eyni zamanda, belə bir paradoks var: həm cəmiyyət sosial həyatın içindədir, həm də sosial fobiyadan əziyyət çəkən insanlar məhz bu cəmiyyətin içindədir. Birisəllik deyilən bir anlayış var, yəni hamı bir yerdədir, amma təklikdir. Və o təkliyin içində də sosial fobiyadan əziyyət çəkən insanlar da az deyil. Sosial fobiyanı korreksiya etmək üçün birinci növbədə, fobiyanın səbəbləri öyrənilməlidir. Səbəbləri araşdırandan sonra həmin insanı sosial həyata adaptasiya etmək lazımdır. Sosial fobiyası olan insanların həyata adaptasiyası zəif olur və adaptasiyadan qorxurlar. Bu isə çox vaxt ailədən qaynaqlanır. Yəni bu problemlər ailədən aldığı travmalardan sonra başlayır. Özünə güvənsizlik, özünü cəmiyyətdə təsdiq edə bilməmək, öz təhsili, karyerasını önə çıxara bilməmək sosial fobiyanın təkanıdır. Pəşəkar psixoloq sosial fobiyası olan insanı həyata adaptasiya edə bilər. Bu proses isə mütləq zamanla olmalıdır, çünki birdən baş versə, sosial fobiyadan əziyyət çəkən insana ağır gələ bilər. Psixoloq koqnitiv, pozitiv terapiya, psixoanalizdən istifadə etməlidir. Çünki sosial fobiyanı sağaltmaq o qədər də asan proses deyil. 

Gülnisə Əfkari

Paylaş