Bu gün:

Külək turbini nədir?


Külək turbinini içindəki generator sayəsində bıçaqların fırlanması nəticəsində yaranan mexaniki enerjini elektrik enerjisinə çevirirərək işıq, istilik və bunun kimi bir sıra ehtiyaclarımızı qarşılamağa xidmət edir.

Şəbəkədən uzaqda yerləşən evlərdə istifadə edilən ev tipli külək turbinləri istehsal etdikləri elektrik enerjisini batareyalarda saxlayır. Külək turbinləri generatorun istehsal edə biləcəyi maksimum gücə görə təsnif edilir. Küləyin sürəti daim dəyişdiyi üçün külək dəyirmanları maksimum səmərəli işləyə bilmir. Buna görə də istifadəçilər külək turbininin aşağı sürətlə fırlandığını düşünərək maksimum gücü hesablamamalıdırlar. 




Külək enerjisi temperatur fərqləri nəticəsində atmosferdə hava kütlələrinin hərəkəti nəticəsində əmələ gəlir. Atmosferdə qızdırılan hava kütlələri yüksəlir. Boşalmış yer soyuq hava kütləsi ilə doldurulur. Temperatur fərqlərindən yaranan hərəkətlər davamlı bir dövrə səbəb olur. Günəş enerjisinin 1-2%-i atmosferdə külək enerjisinə çevrilir. Günəşin hava kütlələrini qızdırması küləyin davamlılığını təmin edir. Külək enerjisinin istehsalı üçün xammala ehtiyac yoxdur. Ətraf mühitə heç bir zərər vermədiyi üçün turbinlərin hasil etdiyi qaz neytral karbon sayılır.



Mənbə:aydemenerji.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et