Bu gün:

Avtomobilin mühərrik yağı hansı fəsillərdə dəyişdirilməlidir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı avtomobil təmiri sahəsində mütəxəssis Sahil Ağabəylidir. O, avtomobillərin mühərrik yağı barəsində danışıb.


Avtomobilin mühərrik yağı mütləq olaraq hansı fəsillərdə dəyişdirilməlidir?

Avtomobillərin yağ seçimi ilə bağlı zavod tələbində belə bir vurğu var ki, 20-30 dərəcə hava dəyişkənliyi olan zaman mühərrik yağı dəyişdirilməlidir. Azərbaycanın şimal bölgəsində, məsələn, Quba-Qusar ərazisində avtomobillər yay aylarında 5W-40 sintetik yağından istifadə edirsə, həmin avtomobil qış aylarında 5W-30 və ya 5W-20-dən istifadə etməlidir. Çünki yağın duruluğu həddən artıq yumuaq olmalıdır ki, qış aylarında soyuq mühərrik rahat işə düşə bilsin. Məsələn, Naxçıvanda digər ərazilərimizə nisbətdə iqlim dəyişikliyi zamanı çox fərq olur. Çünki orada yay çox isti, qış çox soyuq keçir. Hətta yay aylarında yarım sintetik yağdan istifadə edən avtomobillər qışda sintetik yağdan istifadə etməli olurlar. Bakıya qalanda isə iqlim dəyişikliyi paytaxtda özünü çox göstərmir, buna görə də, zavod istehsalçısı həmin avtomobilin mühərriki üçün hansı yağı tövsiyə edibsə, həmin yağdan da istifadə etmək lazımdır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et