Bu gün:

Antonovu unut


Külək turbinlərini daşımaq üçün nəzərdə tutulmuş Radia WindRunner, nəhəng ölçüləri ilə Antonov An-225 Mriya-dan "dünyanın ən böyük təyyarəsi" adını alacaq.

Bu gün bərpa olunan enerji seçim yox, zərurətə çevrilib. Bu baxımdan iki ən görkəmli texnologiya günəş enerjisi panelləri və külək turbinləridir. Məsələ burasındadır ki, külək turbinləri o qədər böyük strukturlardır ki, onları quru nəqliyyat vasitələri ilə bir yerdən başqa yerə köçürmək çox çətindir. Radia adlı startap, WindRunner adlı hazırladığı təyyarə ilə bu problemi aradan qaldırmağı planlaşdırır. Təyyarənin uzunluğu 108 metr, hündürlüyü 24 metr və qanadlarının uzunluğu 80 metrdir. 80 ton yükgötürmə qabiliyyətinə malik olacaq. Təsəvvür etdiyiniz kimi, “Boeing 747”dən on iki dəfə yüksək yükləmə qabiliyyətinə malik Radia WindRunner üçün 1800 metrlik xüsusi uçuş-enmə zolağı tələb olunur. Bu təyyarənin istehsalının əsas məqsədi uzunluğu 45-90 metr və çəkisi 35 tona qədər olan külək turbinlərini daşımaqdır.


Mənbə: Webtekno

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et