Bu gün:

Mark Tven kimdir?


Mark Tven kimdir?

Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-ın Florida ştatında anadan olub.

Gənc yaşlarında atasını itirdikdən sonra məktəbi atıb işləməli oldu. 18 yaşı olanda dünyanı səyahət etmək arzusunda olan bir gənc idi. Bu səbəbdən o, ilk olaraq öz ölkəsində səyahətə başlayıb və müxtəlif ştatlarda olub. Dörd il burada müxtəlif işlərdə çalışdıqdan sonra doğma şəhərinə qayıdıb, paroxod kapitanı olmaq istəyir. Kapitan imtahanına hazırlaşarkən çayın hər bir hissəsini dərindən öyrənmək iki il çəkdi. Bir gecə yuxusunda qardaşının işlədiyi bərə yandığını görür və eyni hadisə 1858-ci ildə baş verir, qardaşı həyatını itirir və bu, ona çox təsir edir. Qardaşının ölümündə özünü məsuliyyətli hesab edən Tven bu hadisədən sonra parapsixologiya ilə maraqlanmağa başlayıb. 24 yaşında kapitanlıq vəsiqəsini aldıqdan sonra məşhur Amerika Vətəndaş Müharibəsinə qədər kapitan vəzifəsini icra etdi.

Vətəndaş müharibəsi illərində könüllü olaraq orduya qatılıb və 14 günlük təlimdən sonra ordudan ayrılaraq qubernator olan qardaşının yanına gedib. O, burada mədən biznesinə zəngin olmaq arzusu ilə girsə də, uğur qazana bilməyib.

Bəzi səyahət yazıları və məqalələri yazaraq müxtəlif ştatlara səyahət edən müəllifin ilk məqaləsi Mark Tven adı ilə “Karsondan məktub” başlıqlı imzalanır. Mark Tvenin Missisipi gəmilərində “iki kulaç dərinlik” mənasını verən ləqəbi var idi. O, 1865-ci il noyabrın 18-də “Tutlayan qurbağanın bayramı” hekayəsi ilə ədəbi aləmdə bir dönüş yaratdı. Bu hekayə ilə məşhurlaşdı.

Daha sonra 1866-cı ildə bir qəzet tapşırığı ilə Aralıq dənizində gəmi turuna çıxaraq səyahət yazılarını “Yad ölkədə səhvlər” kitabında toplayır. Yazdığı bu əsər sayəsində indi ölkəsində tanınmış komediya yazıçısına çevrilib. 1875-ci ildə ən mühüm əsərlərindən olan "Tom Soyer" i yazanda böyük maraqla qarşılanır. Eyni zamanda Avropa haqqında kitab yazmaq üçün bir nəşriyyatla müqavilə bağladıqdan sonra getdi və qayıtdıqdan sonra yazdığı “Şahzadə və dilənçi” romanı da böyük marağa səbəb oldu. Onun 1885-ci ildə nəşr olunan "Hucleberry Finn" əsəri bəziləri tərəfindən Amerika tarixində ilk böyük ədəbi əsər hesab olunur.

Ölümünə qədər yazmağa davam edən Mark Tven 1906-cı ildə yazmağa başladığı avtobioqrafiyasını tamamlamadan 21 aprel 1910-cu ildə vəfat etdi.

Mənbə: yeniakit.com.tr

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et