Bu gün:

Səməni cücərtmək


Səməni cücərtmək


Cücərmə prosesini başlamaq üçün səməniləri suda islatmaq və sonra qurutmaq lazımdır. 


Cücərmə

Bivəbişirmə və distillə prosesində əsas mərhələdir, burada taxıl nişastaları səməni fermentləri tərəfindən parçalanır və onları fermentləşdirilə bilən şəkərlərə çevirir. Bu ağıllı fermentlər cücərmə prosesi zamanı əmələ gəlir. Fermentləri istehsal etmək üçün cücərmə, yəni taxılların böyüməsi baş verməlidir.

Nəzarət olunan şərtlər:

Taxıllarımız iki gün dəmləndikdən sonra onları böyük cücərmə və soba qablarımızdan birinə tökürük. Burada taxılları böyüdükcə idarə olunan şəraitdə saxlayırıq. Biz bu müddət ərzində qabın temperaturu və rütubətinə nəzarət edirik ki, taxıllar optimal tutumda cücərsin. Biz adətən arpanı bu qablarda səməniləyirik, lakin buğda, yulaf və çovdarı da bu üsulla səməniləyə bilərik. Taxılları ən azı dörd gün ərzində bu nəzarət edilən şəraitdə saxlayırıq.

Fermentlər istehsal olunur:

Bu müddət ərzində taxılın endospermi dəyişdirilir və onun hüceyrə divarları və zülalları parçalanır, beləliklə fermentlər istehsal olunur və nişasta əlçatan olur. Pivə bişirmə və distillə zamanı əzmə prosesinə gəldikdə, nişastalar fermentlər tərəfindən parçalanacaq və fermentləşdirilə bilən şəkərlərə çevriləcəkdir.

Soba:

Cücərmə prosesindən sonra bəzi səmənilərimiz rütubətin əhəmiyyətli dərəcədə azaldığı soba prosesindən keçir. Cücərmə və soba qabından sərin, nəmləndirici havanı söndürürük və isti havaya keçirik. Bu, səmənidən rütubətin çoxunu çıxarır - hazır səmənidə təxminən 45% rütubətdən 5% -ə qədər.

Mənbə: simpsonsmalt.co.uk

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et