Bu gün:

Hər il milyonlarla sərnişinin ziyarət etdiyi dünyanın 5 ən böyük hava limanı


Hər il milyonlarla sərnişinin ziyarət etdiyi dünyanın 5 ən böyük hava limanı

Bütün dünyada elə hava limanları var ki, onlar əhatə etdikləri əraziyə görə heyrətamizdir. Gəlin birlikdə görək hansılar ən böyükdür. Uçuş bileti almaq, səyahətə çıxmaq və yeni yerlər kəşf etmək çox xoşdur. Bu səyahətlərdə ən vacib dayanacaqlar hava limanlarıdır, xüsusən də çox səyahət edən birisinizsə.

 Hər bir hava limanının öz xüsusiyyətləri var. Bəziləri izdihamı, bəziləri dizaynları ilə diqqət çəkir. Amma elə hava limanları var ki, o qədər böyük ərazilərə yayılır ki, demək olar ki, bir rayon ölçüsündədir.

 Dünyanın ən böyük hava limanları hansılardır?

● King Fahd Beynəlxalq Hava Limanı (DMM)

● Denver Beynəlxalq Hava Limanı (DEN)

● İstanbul Hava Limanı (IST)

● Dallas/Fort Worth Beynəlxalq Hava Limanı (DFW)

● Orlando Beynəlxalq Hava Limanı (MCO)

King Fahd Beynəlxalq Hava Limanı (DMM)

Sahəsi: 776 kvadrat kilometr 

Yer: Dammam, Səudiyyə Ərəbistanı

 Kral Fəhd Beynəlxalq Hava Limanı 776 kvadrat kilometr sahəsi ilə dünyanın ən böyük hava limanıdır. Hətta digər hava limanları ilə müqayisədə bu hava limanı kifayət qədər geniş əraziyə yayılmışdır. O qədər ki, ikinci yerdəki rəqibindən demək olar ki, altı dəfə çoxdur.

 Körfəz müharibəsi zamanı ABŞ-ın hava bazası kimi istifadə edilən və daha sonra mülki istifadəyə açılan Kral Fəhd Hava Limanı adını o zaman Səudiyyə Ərəbistanı kralından almışdır.

 Hava limanı səth sahəsinə görə dünyanın ən böyük hava limanı olsa da, ildə orta hesabla 10 milyon ziyarətçi ilə çox da sıx hava limanı deyil...

 Denver Beynəlxalq Hava Limanı (DEN)

Sahəsi: 135,7 kvadrat kilometr

 Yer: Denver, ABŞ

 Denver Beynəlxalq Hava Limanı təxminən 137 kilometr ərazisi ilə Amerika qitəsində ən böyük və dünyanın ikinci ən böyük hava limanıdır.

 Denver Beynəlxalq Hava Limanının dizaynı onun ölçüsünü əks etdirən detallarla doludur. Aeroportu xüsusi edən digər mühüm detal isə təyyarə zolağının dünyanın yeddinci ən böyük uçuş zolağı olmasıdır. Təbii ki, bu qədər böyük hava limanı olanda bu, təəccüblü deyil.

 Denver Beynəlxalq Hava Limanı hər il 50 milyondan çox sərnişinə ev sahibliyi edir və təkcə dünyanın ən böyük hava limanlarından biri deyil, həm də ən işlək hava limanları arasındadır. Bu cür reyslərin çox olduğu ən işlək hava limanları da adətən ən ucuz biletlərlə çata biləcəyiniz hava limanlarıdır. Seçimlər çox olarsa, buna uyğun olaraq qiymətdə azalma ola bilər...

İstanbul Hava Limanı (IST)

Sahəsi: 76 kvadrat kilometr

 Yer: İstanbul, Türkiyə

 İstanbul Hava Limanı 2019-cu ildə tam gücü ilə fəaliyyətə başladığı gündən dünyanın ən böyük hava limanları arasında 3-cü yerdədir.

 76 kvadrat kilometr böyük bir ərazini əhatə edən hava limanında spalardan tutmuş alış-veriş mağazalarına qədər çox şey var. Hava limanı ərazisinə və çatdığı sərnişinlərin sayına görə dünyanın ən böyüklərindən biridir.

 İstanbul hava limanının qarşıdakı illərdə ildə 100 milyondan çox sərnişinə çatması hədəflənir.

 Dallas Fort Worth Beynəlxalq Hava Limanı (DFW)

Sahəsi: 69,6 kvadrat kilometr

 Yer: Dallas, Fort Worth, ABŞ

 Demək olar ki, 70 kvadrat kilometr sahəsi ilə ABŞ-ın ikinci, dünyanın dördüncü ən böyük hava limanı olan Dallas Fort Worth Beynəlxalq Hava Limanı 1975-ci ildən istifadə olunur.

 Hava limanı ABŞ-ın Dallas və Fort-Uort şəhərləri arasında böyük bir ərazidə inşa edilmişdir. İldən-ilə dəyişsə də, ümumiyyətlə dünyanın həm ən sıx təyyarə trafikinə, həm də ən çox sərnişin axınına malik 5 hava limanından biridir.

 Dallas/Fort Worth Beynəlxalq Hava Limanında cəmi beş terminal var, onlardan dördü daxili, biri isə xarici terminaldır.

 Orlando Beynəlxalq Hava Limanı (DFW)

Sahəsi: 53,8 kvadrat kilometr

 Yer: Orlando, ABŞ

 Orlando Beynəlxalq Hava Limanı 53,4 kvadrat kilometr sahəsi ilə dünyanın ən böyük hava limanlarından biri olmaqla yanaşı, 80 illik tarixə də ev sahibliyi edir.

 Orlando Beynəlxalq Hava Limanı 1942-1960-cı illər arasında hərbi hava bazası kimi fəaliyyət göstərmiş və sonradan 1960-1971-ci illərdə həm mülki, həm də hərbi məqsədlər üçün istifadə edilmişdir. Daha sonra, 1975-ci ildə tamamilə mülki istifadə üçün açıldı və o vaxtdan bəri beynəlxalq hava limanı kimi xidmət edir.

 Florida ştatının ən işlək hava limanlarından biri olmaqla yanaşı, hava limanı həm də ABŞ və dünyanın ən işlək hava limanlarından biri hesab olunur.

Mənbə: webtekno.com

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et