Bu gün:

Taylandın paytaxtı Bangkok şəhəri


Taylandın paytaxtı Banqkokdur.  Sahəsi 1569 kvadrat kilometr olan şəhər ümumilikdə 50 rayondan ibarətdir. Suvinthawong və Mahasawat ən məhsuldar kənd təsərrüfatı torpaqlarına malik bölgələrdir. Çao Phraya və Phra Nakhon Nuea bölgəsində mədəniyyət, tarix və yay turizmi yüksək səviyyədə inkişaf edib. 

Hər il 4 milyondan çox turistin gəldiyi paytaxtda çoxlu tarixi binalar var. 1782-ci ildə tikilmiş Böyük Saray həm şəhərin, həm də ölkənin simvollarından biridir. Banqkokda ən çox ziyarət edilən digər yerlər bunlardır: Wat Phra Kaew məbədi, Lumphini Parkı, Khaosan küçəsi və Wat Arun qülləsi.  

Banqkok həm də ölkənin təhsil mərkəzidir. Şimali Banqkok Universiteti, Rajamangala Texnologiya Universiteti və Thammasat Universiteti paytaxtın sərhədləri daxilində yerləşir. Chiang Mai Taylandın ikinci ən böyük şəhəridir. Şəhərin təxminən 130 min əhalisi var və ərazisi 40,22 kvadrat kilometrdir. Məbədləri ilə məşhur olan Çianq Mayda çoxlu muzeylər, qüllələr və abidələr də var. Doi Suteph dağında yerləşən Chiang Mai məbədi 14-cü əsrdə inşa edilmişdir. Şəhərin ən qədim və ən çox ziyarət edilən tarixi binasıdır. Ölkənin rəsmi dili tay dilidir. Çindən başqa ingilis və alman dilləri də geniş yayılıb.

Mənbə: Milliyet
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et