Bu gün:

Kapadokiya


Kapadokiya

1967-ci ildə ziyarətçilərə açılan Göreme Açıq Hava Muzeyi Nevşehirdən 13 km, Göreme şəhərindən 2 km şərqdə yerləşən qaya qəsəbəsidir. Göremedə eramızın 4-cü əsrindən 13-cü əsrə qədər sıx bir monastır həyatı olmuşdur. Demək olar ki, hər qaya blokunda kilsələr, yeməkxanalar və oturma yerləri var. Göreme Açıq Hava Muzeyindəki kilsələr iki növ texnika ilə boyanmışdır: birincisi qaya səthini düzəldərək birbaşa qaya üzərində çəkilmiş rəsm, ikincisi isə qaya üzərində secco (tempera) və fresk texnikası ilə çəkilmiş rəsmdir. Kilsədə müzakirə olunan mövzular İncildən və İsa Məsihin həyatından götürülmüşdür. Bugünkü Göreme Açıq Hava Muzeyi dini təhsil sisteminin başladığı yerdir.

Göreme Açıq Hava Muzeyinə Qızlar və Oğlanlar Manastırı, Müqəddəs Basil kilsəsi, Elmalı kilsəsi, Müqəddəs Barbara kilsəsi, Yılanlı kilsəsi, Qaranlıq kilsə, Çarıklı kilsəsi və Tokalı kilsəsi daxildir.

Mənbə: antiktarih

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et