Bu gün:

Kibritlərin ucları niyə qırmızıdır?


Kibrit çöpünün ucunda fosfor və kükürd qarışığı var. Fosfor 50 dərəcə selsiyə yaxın bir temperatura çatdıqda asanlıqla alovlanır. Çox tez alışan bir maddə olan kükürd fosforun qəfil yanmasını davam etdirir. Yüngül sürtünmə fosforun yanması üçün kifayət qədər istilik verir. 

Sonra kükürd, sonra isə əvvəlki maddələrin yandırılması ilə qızdırılan kibrit çöpü alovlanır.

Kibritlərin qırmızı uclarında fosfor var ki, ən kiçik sürtünmə zamanı çox tez alovlanır.  Sürtünmə nəticəsində əvvəlcə pis qoxulu sarı kükürd, sonra isə taxta kibrit çöpü alışır.  Kibritlərlə oynamaq çox təhlükəlidir.

Kibritlərin uclarındakı qırmızı rəng, əslində, tərkibindəki kimyəvi birləşmələrdən qaynaqlanır.  Kibritlərin uclarında tapılan kimyəvi maddənin əsas komponenti kalium dikromat kimi tanınır. Bu komponent kibrit vurulduqda qığılcımın yaranmasına zəmanət verir.

Kalium dikromat qızdırıldıqda parlaq sarı maddəyə çevrilir, nəticədə kibritin ucu vurulduqda qırmızı-narıncı rəng görünür. Bu, kibritin yanması zamanı ayrılan istilik sayəsində baş verir.

Bundan əlavə, qırmızı rəng istifadəçinin diqqətini çəkmək və təhlükəni bildirmək üçün tez-tez istifadə olunan rəngdir.  Bu səbəbdən kibrit istehsalçıları kibritlərin uclarını qırmızı rəngə çevirərək istifadəçilərə potensial təhlükəni xatırlatmağı hədəfləyir.

Mənbə: bilgebaba.com
Tərcümə : Günay Ələsgərova

Paylaş
Şərh əlavə et