Bu gün:

Baş ağrılarının formaları və pasiyent müayinəsi


İkincili baş ağrısı, ümumiyyətlə, xüsusi bir  əlamət göstərmir, tezliyi və şiddəti mütərəqqi olur. Ağrının tezliyi birincili baş ağrısında kritikdir.

Baş ağrısını müayinəsi zamanı diaqnoz üçün bəzi ipucları da kömək olur. Bulantı və qusma miqrendə mədə-bağırsaq simptomları olaraq görülür. Əlavə olaraq, “başgicəllənmə”, fonofobiya, tinnitus və bulanıq görmə müşayiət oluna bilər və ptoz, gözdən qanaxma kimi vegetativ tapıntılar xəstələrin təxminən 10%-də tapıla bilər. Xroniki gərginlikdə baş ağrısı zamanı xəstənin əlində somatik, emosional və fiziki simptomlar olur.

Auranın  iştirakı ilə baş ağrısının xüsusiyyətləri artıq vacib deyil, hətta auranı baş ağrısı (ağrısız aura) təqib edə bilməz. Aura olan miqren xəstələrində obstruktiv damar xəstəlikləri riskinin artdığı və xüsusilə siqaret və ya estrogen istifadəsinin bu riski ümumi populyasiyadan daha çox artırdığı bilinməli və xəstələrə bu mövzuda xəbərdarlıq edilməlidir. Miqren baş ağrısının 70%-i və nadir hallarda allodiniya müəyyən edilir. Bu vəziyyət ağrı hiss etməsi və ağrıya səbəb olması gözlənilməyən toxunma, saç daraması, eynək taxma kimi normal bir stimul ilə yüksək həssaslıq hissi olaraq təyin edilir.

İkincili baş ağrısı pozğunluqları tez-tez diplopiya, epileptik tutma, tinnitus və fokal nevroloji tapıntılar ilə müşayiət olunur. Nevroloji tapıntılar lezyonun yerləşməsindən asılı olaraq ikincili baş ağrısında tez-tez olur. İntrakranial kütlələr xəstələrin yarısında bulantı və ya qusma ilə görülür. Temporal arterit, baş dərisinin məhdud həssaslığı, zəiflik, polimialgiya, subfebril temperatur, digər sistemik simptom və ya görmə itkisi ilə əlaqəli ola bilər.

Duyğu və sosial amillər: Xəstəlik tarixçəsini götürərkən xəstədən ailə, evlilik və iş münasibətləri soruşulmalı və stres faktorları varsa, aşkarlanmalıdır. Bu kimi sualların verilməsi üçün uyğun mühit, vaxt və xəstə inamı təmin edilməlidir. Bu vaxt , müalicəyə səbəb ola biləcək hamiləlik istəyi və özünü obez tapmaq kimi bəzi məlumatlar da əldə edilir. Bundan əlavə, MOH müalicəsi kimi bəzi hallarda, xəstənin müalicə əsnasında ailə dəstəyi alması çox vacibdir.

Arxa fon və yuxu rejimi: Həkim, xəstənin keçirdiyi bütün tibbi və cərrahi xəstəlikləri və şərtləri (doğuş, menopoz kimi) və varsa, baş travmasını bilməlidir. Hər hansı bir yeni xəstəlik və ya müalicə baş ağrısının səbəbi ola bilər və ya bu müalicə strategiyasında vacibdir. Xəstənin əvvəllər bel nahiyəsində punskiya icra olunması və ya neyrocərrahiyyəı ilə əlaqəli bir prosedura məruz qaldığını bilmək, kəllədaxili hipotenziyaya görə postural baş ağrısını qiymətləndirmək üçün vacibdir. Bəzi spesifik allergik maddələr və ya qidalar baş ağrısına səbəb ola bilər.

Xroniki baş ağrısı xəstəlik tarixçəsindəki uğurlu və uğursuz müalicələr baş ağrısı diaqnozunu təyin etməyə və uyğun müalicəni seçməyə kömək edir. Xəstənin əvvəllər sınadığı və yan təsirləri olmadan faydalandığı müalicənin davam etdirilməsi ümumiyyətlə düzgün yanaşmadır. Bundan əlavə, baş ağrısı ilə paralel olaraq başlayan hər hansı bir dərmanın baş ağrısını tetikləmiş ola biləcəyini unutmamalıyıq.

Klassik baş ağrısı tez-tez olur,  halbuki hipnik baş ağrısı  ümumiyyətlə hər gecə eyni vaxtda oyanır. Miqren xəstələrində baş ağrısı ümumiyyətlə oyaq olduqda başlayır, miqren ağrısı yuxu ilə yaxşılaşmağa meyllidir, lakin ertəsi səhər uzun hücumlar davam edə bilər. Xroniki gərginlikli baş ağrısı olan xəstə tez-tez və erkən oyanır. Yuxu pozğunluğu da depressiyanın bir simptomu ola bilər.  Depressiya yaşayan şəxs  yuxuya getmək, yuxunu qorumaq və ya səhər tezdən oyanmada çətinlik çəkə bilər. Anksiyetə ilə əlaqəli baş ağrısında xəstə yuxuya getməkdə çətinlik çəkir. Hipertenziya ağrısı oyananda meydana gəlir və gün ərzində azalır.

Yuxu apnesi – bu ümumi bir vəziyyətdir, xüsusən də kilolu insanlarda səhər baş ağrılarına səbəb ola bilər. Bu baxımdan xəstələr dindirilməli və şübhəli hallarda polisomnoqrafiya müayinəsi aparılmalıdır. Profilaktik terapiya üçün dərman seçimində yuxu problemləri də vacibdir.

Mənbə: habertürk

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et