Bu gün:

"Təhsil sistemini elə bir həddə qoymalıyıq ki, savadlılar ortaya çıxsın, savadsızlar isə sıradan çıxsın"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi psixoloq Gülnar Orucovadır. O, imtahan sonrası ailə təzyiqlərinin nəticələrindən danışıb.


-Sizcə, bəzi valideynlər üçün imtahan nəticəsi övladının canından daha dəyərlidir?

-Universtetə qəbul olmaq bir marafon yarışına dönüb və bu yarışda valideynlər marafonçulardır. Çünki bu yarışı başladan valideynlərdir. Yəni savadı, bacarığı olan, olmayan hər kəs bir amal ilə vuruşur: mənim övladım oxumalıdır, universitetə qəbul olmalıdır.  Onlar elə bilirlər ki, universitetdə oxumaqla bitir hər şey, amma bu belə deyil, sadəcə ali təhsili təsdiq edən bir sənəddir və kifayət qədər uğurlu insanlar, biznesmenlər var ki, onların heç biri universitet oxumayıblar. İnsanın zəngin olması, iş qurması, uğurlu olması üçün universitet şərt deyil. 

Amma bu gün bir çox valideynlər universitet uğrunda vuruşur və onlar bir şey deyir ki: "Əgər universitetə girməsən, mən haqqımı sənə halal etmirəm" . Valideynlər tərəfindən irəli sürülən bu fikir heç də doğru deyil.  O, övladının uğuru , uğursuzluğu ilə qəbul etməlidir, hər bir valideyn istəyər ki, övladı universitetə qəbul olsun, ali təhsil alsın. Amma bu hər zaman mümkün olmaya bilər. Bir universitet bir həyatdan dəyərli deyil və necə olursa olsun, o sizin övladınızdır, onu qəbul etməli, sevməli, qayğısına qalmalısınız. Onun qərarlarına hörmətlə yanaşmalısınız. Universitetə qəbul olmadı deyə onları təhqir etməməlisiniz. Bəli, tənqid yox, təhqir. Bu gün problemin kökündə başqa bir şey dayanır. Bu da hansı ki repetitorlara verilən yüksək məbləğdə ödənişlərdir. Bu gün məktəblərdə verilən təlim universitetlərə qəbul olmaq üçün yetərli deyil. Valideynlər yüksək məbləğdə ödənişlər edir, bunun fonunda aqressivləşir və övladına qarşı qəddar davranır. Buna görə təlimi biraz asanlaşdırmaq lazımdır. Biz də təhsil sistemini elə bir həddə qoymalıyıq ki, savadlılar ortaya çıxsın, savadsızlar isə sıradan çıxsın. Bu qanunları düzgün etmək lazımdır. 

Yəni, bir sözlə, bu gün valideynin övladına acımasız davranması məhz repetitorlara verdiyi pullardır.

Günay Məmmədova

Paylaş
Şərh əlavə et