Bu gün:

Ördək sindromu nədir?


Ördək sindromu sosial mediada mükəmməl bir həyat illüziyası yaratmağa, bunu göstərməyə çox çalışdığınız zaman ortaya çıxan bir sindromdur .

Əgər sizdə ördək sindromu varsa, başqalarının həyatınızla bağlı düşüncələrindən qorxa bilərsiniz.

İşarələr və simptomlar

Ördək sindromunun təsdiqlənmiş rəsmi tərifi olmasa da, bəzi ortaq cəhətləri var. Simptomlar, əlbəttə ki, hər kəs üçün dəyişə bilər.
Müqayisə etmək, başqalarının daha yaxşı olduğunu düşünmək, həyatın tələbləri ilə ayaqlaşa bilməyəcəyinizi hiss etmək, tənqid qorxusu əsas simptomlardır.

Ördək sindromunun müalicəsi

Yaxşı bilinmədiyi üçün ördək sindromunu müalicə etmək çətin ola bilər. Ancaq bununla məşğul olmaq üçün bəzi addımlar var. Ördək sindromu nəticəsində depressiya və narahatlıq yarana bilər. Buna görə də, ördək sindromunu depressiyanın müalicə üsulu ilə həll etmək olar.

Terapiya

Psixoterapevtə müraciət etmək sizə ördək sindromundan qurtulmağa kömək edə bilər. Həmçinin, həyatın sizdən çox şey tələb etdiyini hiss edirsinizsə, terapiya ümumi rifahınız üçün də faydalı ola bilər.
Hər şey yolunda olmayanda hər şey qaydasında imiş kimi davranmaq lazım deyil. Xüsusilə tələbəsinizsə, terapiyadan başqa digər dəstək üsullarını da sınaya bilərsiniz.
Müəllimdən əlavə kömək istəmək, kampusdakı məsləhət mərkəzlərindən istifadə etmək ilk addımlar ola bilər.
Ördək sindromunun öhdəsindən gəlməyinizə kömək edəcək digər yollara aşağıdakılar daxildir:
Maarifləndirmə tədbirlərində iştirak edin. Sərhədlərinizi müəyyən edin. Vaxt idarəetmə bacarıqlarını öyrənin. Sevdiklərinizlə danışın.

Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova


Paylaş