Bu gün:

Las Vegas


Las Veqas ABŞ-nin Nevada ştatında yerləşən və səhrada tikilmiş şəhərdir. Bu şəhər kinolardakı əyləncə məkanlarının şöhrəti ilə hamımızın yaddaşına həkk olub və tamamilə bu  məqsədlə tikilmiş şəhər də adlandırmaq olar. Onun adının da evliliyin mərkəzi olduğu deyilir.

Yay aylarının çox isti keçdiyi bu şəhərdə otellər və parlaq küçə mənzərələri insanları heyran edir. Bəs kosmosdan baxanda belə parıldayan bu şəhər haqqında az tanınan təəccüblü şeyləri eşitməyə hazırsınızmı?


Əyləncə mərkəzləri ilə məşhur olan bu şəhərdə kazinolar da diqqəti cəlb edir. Hətta deyə bilərik ki, orada həyat gecələr başlayır. 


Flamingo oteli: Las Veqasın məşhur otellərindən biri olan bu otel şəhərin ən yaxşı otellərindən biri sayılır. 


Məşhur mafiya başçısı Bugsy Siegel 1946-cı ildə bu oteli açıb və   sevgilisinin adı ilə adlandırmışdır. 


Las Vegas tətili üçün ən yaxşı vaxt yaz və payız fəsilləridir. Las Veqasa  mart, aprel, may, sentyabr, oktyabr və noyabr aylarında getmək lazımdır. Şəhərdə turist sıxlığı yay aylarında müşahidə edilir, lakin daha rahat istirahət istəyənlər üçün yaz və payız fəsli tövsiyə olunur. Las-Veqas Mojave səhrasının ortasında yerləşən bir şəhər olduğundan yay aylarında temperatur ən yüksək, yaz aylarında isə daha mülayim olur. Həmçinin yaz aylarında keçirilən bir çox fəaliyyət turistlərin daha əyləncəli vaxt keçirməsinə şərait yaradır.


Mənbə: lemonaacademy.co.uk

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et