Bu gün:

Devalvasiya nədir?


Devalvasiya sabit məzənnə rejimləri və ya yarı sabit məzənnə rejimləri tətbiq edən ölkələr tərəfindən istifadə edilən pul siyasəti alətidir. Devalvasiya bir ölkənin rəsmi pul vahidinin digər ölkələrin valyutalarına və ya bir qrup valyutaya və ya pul standartlarına nisbətdə dəyərinin aşağı salınmasıdır. Devalvasiya yenidən qiymətləndirmənin tam əksidir.

Devalvasiya sözügedən valyutanı sabitləşdirmək üçün ölkənin hökuməti və ya mərkəzi bankı tərəfindən istifadə edilən bir vasitədir. Devalvasiyanın əsas səbəblərindən biri ölkənin ticarət kəsirini tarazlaşdırmaq üçün öz valyutasının dəyərini aşağı salmasıdır. Devalvasiya valyutanın dəyərini azaltmaq, ixracı qlobal ticarət rəqabətində daha ucuz və daha sərfəli etmək deməkdir. 

Bununla belə, idxalın bahalaşması yerli istehsalçıların məhsullarına tələbatın artmasına səbəb olur, yerli ev təsərrüfatlarının isə idxal məhsullarına tələbatının azalması gözlənilir.
Devalvasiya müsbət pul siyasəti aləti kimi görünsə də, mənfi təsirləri də var. İdxalın bahalaşması yerli istehsalın effektivliyini azalda bilər və ya ixracı ucuzlaşdırmaq tələbi əhəmiyyətli dərəcədə artıra və inflyasiyaya səbəb ola bilər.

Mənbə: QNB Finansinvest
Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et