Bu gün:

Afrika niyə bu qədər kasıbdır?


Cənubi Sudan və Efiopiya arasında yerləşən səhra, tozlu Pibor şəhərində nə su, nə də elektrik var. Əslində insanların yaşadığı palçıq daxmalarından başqa çox az şey var. Dünyada bu qədər kasıb bir yer tapmaq çətin olardı.

Murle etnik qrupundan olan insanların əksəriyyəti Cənubi Sudanda sərvətin ifadəsi olan mal-qara ilə bağlı mübahisələrə görə qəbilələrarası münaqişələrə məruz qalıb.

Piborun şimalında Lol Nuer etnik qrupları və qərbdə Bor Dinka etnik qrupları ilə qarşıdurmaların intensiv olduğu dövrdə qadın və uşaqların əksəriyyəti qəsdən öldürülüb.

Beləliklə, "Cənubi Sudan niyə bu qədər kasıbdır?" sualının cavabını tapmaq üçün çox düşünmək lazım deyil. Müharibə məhrumiyyətlər gətirir.

Niyə bu qədər çox müharibə var?

Əslində Afrika xalqı kasıb ola bilər, amma Afrika faydalı qazıntılar, torpaq, əmək və Günəş baxımından çox zəngin bir yerdir. Məhz buna görə də əcnəbilər yüz illərdir ki, qitəyə işğal, talan və ticarət məqsədilə gəliblər.

Bununla belə, Cənubi Sudanın resursları, məsələn, heç vaxt lazımi səviyyədə işləməyib.

“Parçala və hökm sür” davam edir

Müstəmləkəçilik dövründə Cənubi Sudan işçi qüvvəsi və xammal mənbəyi kimi istifadə olunurdu.

Müstəqillikdən sonra şimalla 50 illik fasiləsiz müharibələr baş verdi. Xartumdakı şimallılar ingilislərin parçala və hökm sürmə taktikasını davam etdirirdilər.

Bəzi cənublular eyni şeyin bu gün də baş verdiyinə inanırlar.

Mənbə: BBC

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et