Bu gün:

Niyə telefonlarda çıxarıla bilən batareyalar istehsal etməyi dayandırdılar?


Əslində, hər şey sadədir, artan məhsuldarlıq və displeylərin ölçüsü ilə daha tutumlu batareya tələb olunur və istehlakçılar daha nazik telefon istəyirlər ki, o, artıq əldə kərpic kimi görünməsin.

Telefon getdikcə daha çox batareya tutumu tələb edir və bu birbaşa onun ölçüsündən asılıdır, lakin telefonda daha çox yer tutmaqla biz korpusun sərtliyini itiririk.  Buna görə də, istehsalçılar eyni zamanda telefonun korpusu üçün möhkəmləndirici funksiyanı yerinə yetirən çıxarılmayan batareya hazırlamağa başladılar.

Əslində, batareya hələ də çıxarıla bilər və əvvəlki nəsildən çox da fərqlənmir.  Arxa panelin altında gördüyümüz şey batareyanın özü yox, yalnız onun qoruyucu örtüyüdür. Onun altında hamımız tanış olan batareyanı tapırıq, çıxarıla biləndən yalnız birləşdiricisi olan bir kabelin olması ilə fərqlənir. 

Bu günlərdə əksər telefonlar suya davamlı hala gəlib, bu da çıxarıla bilən batareya texnologiyasında rol oynayır.  Çıxarıla bilən batareya üçün telefonun arxasında çıxarıla bilən qapaq lazımdır. Bu da telefon qutusunda sızmalara səbəb olur.

Mənbə: dzen.ru 

Tərcümə etdi: Leyla Bayandurlu 

Paylaş
Şərh əlavə et