Bu gün:

Smartfonların insan beyninə dağıdıcı təsiri



NTP-nin apardığı araşdırmanın nəticələrinə görə, smartfon və buna bənzər cihazların yaydığı radiasiyanın insan beyninə təsiri üzə çıxıb. Yeni ortaya çıxan məlumatlara görə, smartfonlar beyində xərçəngə səbəb ola bilər.


Smartfonlar və mikrodalğalı sobaların yaydığı RFR adlı radiasiya NTP tərəfindən siçanları sınaqdan keçirmək üçün tətbiq edilib. Radiasiya alan siçanla radiasiya almayan siçanın sağlamlıq vəziyyətinin eyni olduğu ölçülüb. Araşdırmaya rəhbərlik edən alim Dr. Con Buçer açıqlamasında bildirib ki, smartfon və mikrodalğalı sobaların yaydığı radiasiya kifayət qədər aşağıdır.

Bununla belə, Buçer yenə də insanlara diqqətli olmağı tövsiyə edib və bildirib ki, insanlar telefonla danışarkən smartfonu qulaqlarına yapışdırmasınlar və onlara basmasınlar. Bu şəkildə beyinə çatan şüalanmanın miqdarı əhəmiyyətli dərəcədə artır. 

Buçer həmçinin bildirib ki, insanlar smartfonlara tam etibar etməməlidirlər. Çünki o bu radiasiyanın həddindən artıq məruz qaldığı hallarda insan beyninə zərər verə biləcəyini də qeyd edib. 

Mənbə: Hürriyet

Tərcümə etdi: Nəzri Süleymanova



Paylaş
Şərh əlavə et