
Uşaqlıq travması, uşaqlıq dövründə güclü stress, travma və ya çətin hadisələr nəticəsində baş verən psixoloji vəziyyətdir. Bu hadisələr fiziki, cinsi və ya emosional zorakılıq, məişət zorakılığı, təbii fəlakətlər, qəzalar, ağır xəstəliklər, ayrılıq, itki kimi müxtəlif amillər ola bilər.
Uşaqlıq travması uşağın normal inkişafına mənfi təsir göstərə bilər və uzunmüddətli psixoloji problemlər yarada bilər. Məsələn, uşaqlarda narahatlıq, depressiya, hirs, güvən problemləri, davranış problemləri və şəxsiyyət pozğunluqları kimi hallar baş verə bilər.
Uşaqlıq travması həm də sonrakı həyatda narkotik maddələrdən sui-istifadə, intihar cəhdləri və digər ciddi problemlərlə əlaqələndirilir. Buna görə də, uşaqlıq travması haqqında məlumatlılığı artırmaq və təsirlənmiş uşaqlara dəstək vermək vacibdir.
Uşaqlıq dövrünə təsiri
Uşaqlıq travması uşaqlara fiziki, emosional və psixoloji zərər verə bilər. Bu zərərlər uşaqların həyatının sonrakı mərhələlərində müxtəlif problemlərə yol aça bilər.
Uşaqlıq travmasının uşaqlara mümkün təsirləri bunlardır:
1. Emosional problemlər
Uşaqlıq travmaları uşaqlarda sıx emosional problemlərə səbəb ola bilər. Bu problemlərə depressiya, narahatlıq pozuqluğu, stress pozğunluğu və qəzəb problemləri daxil ola bilər.
2. Davranış problemləri
Uşaqlıq travmaları uşaqların davranışlarına da təsir edə bilər. Bu təsirlərə davranış pozğunluqları, diqqət çatışmazlığı hiperaktivlik pozuqluğu, intihar cəhdləri və maddə asılılığı kimi problemlər daxil ola bilər.
3. Münasibət problemləri
Uşaqlıq travmaları da uşaqların münasibətlərində problemlər yarada bilər. Bu problemlərə etibar problemləri, bağlanma problemləri və sosial qarşılıqlı əlaqə pozğunluqları daxil ola bilər.
4. Akademik problemlər
Uşaqlıq travmaları da uşaqların akademik performansına təsir edə bilər. Bu təsirlərə məktəb performansının azalması, diqqəti dərslərə cəmləmə problemləri və öyrənmə çətinlikləri daxil ola bilər.
5. Fiziki problemlər
Uşaqlıq travmaları uşaqların fiziki sağlamlığına da təsir edə bilər. Bu təsirlərə yemək pozğunluqları, yuxu problemləri, baş ağrıları, mədə pozğunluqları və cinsi funksiyaların pozulması daxil ola bilər.
Uşaq dövrlərinin yetkinlik dövrünə təsiri:
Uşaqlıq travmalarının yetkinlik dövrünə təsiri çox vaxt uzunmüddətli psixoloji problemlərə və sağlamlıq problemlərinə səbəb ola bilər. Uşaqlıqda yaşanan travmalar insanın həyatı boyu fiziki və ruhi sağlamlığına təsir göstərə bilər.
Məsələn, stress, depressiya, narahatlıq, yemək pozğunluğu, maddə asılılığı və uşaqlıq travması nəticəsində yaranan intihar meylləri kimi psixoloji problemlər yetkinlik dövründə də davam edə bilər. Bundan əlavə, travmaların təsiri insanın sosial həyatına, iş həyatına, münasibətlərinə və özünə inamına mənfi təsir göstərə bilər.
Uşaqlıq travmaları yetkinlik dövründə fiziki sağlamlığa təsir göstərə bilər. Araşdırmalar göstərir ki, uşaqlıq travmaları daha sonra həyatda ürək xəstəliyi, piylənmə, diabet və xroniki ağrı kimi fiziki sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də uşaqlıq travmalarının yetkinliyə təsiri böyük əhəmiyyət kəsb edir. Müalicə olunmayan travmalar insanın həyatına mənfi təsir göstərməyə və sağlamlığına zərər verməyə davam edə bilər. Bu səbəbdən uşaqlıqda travma almış insanların müalicə alması və travmalarını peşəkar yardım axtararaq həll etməsi vacibdir.
Müalicəsi nədir?
Uşaqlıq travmalarının müalicəsi insanın yaşadığı travmanın şiddətinə, müddətinə və təsirinə görə dəyişə bilər. Ancaq ümumiyyətlə müalicəyə psixoterapiya, dərman və ya hər ikisi kimi üsullar daxil ola bilər.
Psixoterapiya uşaqlıq travması keçirmiş insanların müalicəsində tez-tez istifadə olunan bir üsuldur. Müalicə prosesində insan keçmişdə yaşadığı travma ilə bağlı duyğularını, düşüncələrini və davranışlarını anlamağa və qəbul etməyə çalışır. Bu prosesdə terapevt dəstək verir və insana sağlam davranışlar, düşüncələr və duyğular inkişaf etdirməyə kömək edir.
Dərmanlar uşaqlıq travması keçirmiş insanların müalicəsində də istifadə edilə bilər. Xüsusilə, depressiya, narahatlıq və panik atak kimi simptomlar varsa, dərmanlar simptomları aradan qaldırmağa kömək edə bilər.
Bundan əlavə, uşaqlıq travması olan insanların dəstək qruplarına qatılması və ya ailə terapiyası alması faydalı ola bilər. Bu yolla insan eyni təcrübəni paylaşan digər insanlarla ünsiyyət qura, problemlərini paylaşa və dəstək ala bilər.
Nəticədə uşaqlıq travması uzunmüddətli psixoloji problemlərə səbəb ola bilər. Ancaq müalicə oluna bilər və peşəkar yardımla müalicə olunmaq insanın həyatına müsbət təsir göstərə bilər.
Mənbə: Güneş Gazetesi
Tərcümə edən: Gülsər Qədirli
