Bu gün:

Qızardılmış yeməklər depressiyaya səbəb olur


Çində qızardılmış yeməklər üzərində aparılan araşdırmada diqqətəlayiq nəticələr əldə edilib. Məlum olub ki, qızardılmış yeməklər depressiyaya səbəb olur.

Çində aparılan araşdırmada 11 il ərzində 140 min 728 adam izlənilib. Qızardılmış qidaların psixi sağlamlığa təsiri araşdırılıb. Müşahidə olunub ki, kartof qızartmasını tez-tez qəbul edənlər, içməyənlərə nisbətən, yüzdə 12 daha çox narahatlıq və yüzdə 7 daha çox depressiya keçiriblər. Xüsusilə, nişastalı qidalar yüksək temperaturda bişirildikdə zərərli akrilamid maddəsi meydana çıxır. Təbiətdə olan bu maddə orqanizm üçün çox zərərlidir. Xüsusilə, beyindəki neyronlara təsir göstərir.

"Hamilələrin xüsusilə diqqətli olması lazımdır"

Hamilə qadınların diqqətli olması lazım olduğunu söyləyən Daxili Xəstəliklər Mütəxəssisi Dr. Ayça Kaya: "Hamilələrin xüsusilə diqqətli olması lazımdır. Uşaqların çox diqqətli olması lazımdır. Xahiş edirəm, bişirmə texnikanıza çox diqqət edin. Yeməkləri qızartmayın. Buxarda qaynatmaq və ya bişirmək kimi yeməklərə üstünlük verin". Kaya bildirib ki, qızartmaqdan əl çəkə bilməyənlər bəzi məqamlara diqqət yetirsinlər: “Kartofu doğrayıb bir saat suda saxladıqdan sonra üzərinə limon sıxmaq onların nişastasını bir az da azaldacaq və onları birdəfəlik yağda yüngülcə qızartmaq daha yaxşı olar”, - Kaya bildirib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et