Bu gün:

Zülm və azadlığın simvolu: Dodaq boyasının qeyri-adi hekayəsi



Hər bir qadının özəl gündə və ya gündəlik həyatda əvəzolunmaz makyaj məhsulu olan dodaq boyası; O, ictimai zülmün simvolu olduğu halda, zaman keçdikcə azadlıq simvoluna çevrildi. Misirdə başlayan və siyasi rənglər alan dodaq boyasının hekayəsi...

Dünyada ən çox istifadə edilən makyaj məhsulu olan dodaq boyası, indiki halında varlığından əsrlər əvvəl istifadə edilən bir məhsul idi. Qadınların dodaqlarını rəngləmək üçün müxtəlif vasitələrdən istifadə etmələri Qədim Misirə gedib çıxsa da, dünyanın bir çox mədəniyyətində dodaqları rəngləmək üçün müxtəlif məhsullardan istifadə edilmişdir.

Bu məhsulların bəziləri dəniz yosunu, əzilmiş böyürtkən, narıncı gil kimi tanınır. Digər tərəfdən, bəzi mixi yazılarda qadınların dodaqlarını rəngləmək üçün süsən çiçəyi(iris) kimi müəyyən turşulu bitkilərin şirələrindən istifadə etdiyi qeyd edilir.

Estetik inqilab

XVIII əsrə qədər dodaq boyası təkcə qadınların diqqət mərkəzində deyildi. Kişilər arasında da son dərəcə populyarlaşan dodaq boyama trendinə Fransa məhkəmə sistemində çalışan kişilər karmin və yağı qarışdıraraq qoşulublar.

19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində dodaq boyası sənaye və estetik baxımından inqilaba girdi. Bu gün bildiyimiz formada olan dodaq boyası ilk dəfə 1915-ci ildə bazara çıxdı. Lakin dodaqları ön plana çıxaran dodaq boyasının güclü görünüşü cəmiyyət tərəfindən dərhal qəbul edilməyib. Dodaq boyasını sosial həyatda asanlıqla istifadə edən və onu qadınlar arasında məşhurlaşdıran şəxs dövrün məşhur aktrisası Sara Bernhardtdır . Bernhardt cazibədar dodaqlarını səhnədən sosial həyata gətirdi. Beləliklə, 19-cu əsrə qədər qeyri-etik həyat və əyləncə dünyası ilə əlaqəli olan dodaq boyası tədricən özünü təsdiqlədi.

Nasist dövrünün qadağan məhsulu

Qadınlıq ilə bağlı olan dodaq boyası sonralar həm azadlığın, həm də zülmün simvoluna çevrildi. Adolf Hitlerin "boyanmış qadınlara" və xüsusilə də dodaq boyasına olan nifrəti İkinci Dünya Müharibəsi zamanı nasist rejiminin dodaq boyasını qadağan etməsinə səbəb oldu. Nasistlər üçün dodaq boyası Qərbin azğınlığının simvolu idi. 

O zaman amerikalılar dodaq boyasını vətənpərvərliklə əlaqələndirirdilər. İndi siyasi rənglərə bürünən dodaq boyası 1910-cu ildə qadınların seçki hüququnu müdafiə edən seçki hüququ hərəkatı ilə oxşar təcrübəyə malik idi. Dodaqlarını boyayaraq küçələrdə görünmək görünürlük zəmanəti olaraq mübarizəyə ortaq olurdu. Lakin bu istiqamətdə əsas funksiyasını İkinci Dünya Müharibəsində qazanacaqdı.

Makyajın son və ən vacib toxunuşu kimi tanınan dodaq boyası bu gün qadınların vazkeçilməzidir. Femme Fatale qırmızıdan tutmuş pastel rənglərə və ya saten keçidləri ilə təbiiliyi əks etdirən dodaq parıldadıcılarına qədər, dodaq boyası nə məna kəsb etməsindən asılı olmayaraq bir çox vəziyyətdə qadınların ən sərt müttəfiqidir.

Mənbə: Cumhuriyyet Gazetesi

Tərcümə edən: Gülsər Qədirli



Paylaş
Şərh əlavə et