Bu gün:

Beşbarmaq dağı


Adadakı iki dağ silsiləsindən biri olan Beşbarmaq dağının ən yüksək zirvəsi min metrdən çox olan Selvili Təpədir. Mezozoy— dinozavrlar dövrünə aid olan dağ əsasən əhəngdaşı, kalsium və mərmərdən ibarətdir.

 Dağ püstə və sərv meşələri, may çiçəyi, palıd, əncir, qoz, azorlu kimi yarpaqlı ağaclarla örtülüdür.  Bundan əlavə, bölgənin yerli bitki florası ilə həvəskar və peşəkar botaniklər üçün unikal məkandır. Dağın cənub yamacında eni 425 metr, hündürlüyü 250 metr olan nəhəng Şimali Kipr Türk Respublikasının bayrağı tikilib. Cənubi Yunanıstan hissəsindən kilometrlərlə uzaqdan görünən bu möhtəşəm bayraq gecələr işıqlandırılır. Dağlarının ən diqqət çəkən yeri beş barmaq kimi görünən təpədir.

Mənbə: visit north cyprus

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et