Bu gün:

İnternetin tarixi


Bu gün internet bütün dünyaya yayılıb. İnternet sayəsində biz məlumatı tez əldə edə bilirik. Buna görə də bu gün çox mühüm yer tutan bir vasitədir. Ölkəmizdə az qala hər evdə olan internet artıq vazkeçilməz hala gəlib. İnternetdə çoxlu araşdırmalar aparılır. Bunu kimin kəşf etdiyi və ilk dəfə nə vaxt icad edildiyi də maraq doğurur.

İnterneti kim icad edib?

İnternetin iki böyük ixtiraçısı var. Tim Berners Li və Vinton Cerf interneti ixtira ediblər. İki böyük ixtiraçının ixtirası qısa zamanda bütün dünyaya yayılmağı bacarıb.

İnternet ilk dəfə nə vaxt və necə yaranıb?

İnternetin kəşfi və yaranması tədricən baş verib. İlk internetin əsasları 1950-ci illərdə Amerikada qoyulmağa başlayıb. Daha sonra, 60-70-ci illərdə internet sürətlə inkişaf etməyə başlayıb. Onun hazırkı forması 1989-cu ildə başa çatıb. İnternetin tam olaraq 1989-cu ildə icad edildiyi qəbul edilir.

1989-cu ildə İsveçrənin Cern şəhərində ictimai istifadə və kampusdakı insanların istifadə etməsi üçün bir alış-veriş şəbəkəsinin yaradılması istənilirdi. Daha sonra bu şəbəkəyə Yer kürəsində müxtəlif insanların da qoşulduğu görülüb.

İnternetin tarixi

1950-ci illərdə kompüterlər həyatımıza daxil olmağa başlayıb. Kompüterlər inkişaf etdikdən sonra məlumatların ötürülməsinə ehtiyac yarandı. Bu məqsədlə sistem şəbəkəsi yaratmaq üçün 1950-ci illərdə internetin ilk əsasları qoyulub. Bu data şəbəkəsi Fransa və İngiltərədə istifadə olunmağa başlayıb. İnternetlə əlaqəli ilk konkret məlumat şəbəkəsi ABŞ-dakı ARPANET sistemidir. İnternet üzərindən ilk mesaj bu sistem vasitəsilə ABŞ-ın Kaliforniya Universitetinin professorunun kompüterinə göndərilib.

1960-cı illərdə ARPANET sisteminin daha da sürətlə inkişaf etdirilməsi qərara alınıb. Sistem daha sürətli və etibarlı məlumat şəbəkəsinə çevrilib. Məlumatlar şəbəkə mübadiləsi ilə iki kompüter arasında ötürülürdü. Daha sonra bu şəbəkələr sistem vasitəsilə sürətli məlumat ötürülməsi olan sistemə çevrildi. Bugünkü internet 1989-cu ildə belə yaranıb. Bu gün internet hələ də inkişaf etdirilir və istifadə olunur.

Mənbə: milliyyet.com.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova



Paylaş
Şərh əlavə et