Bu gün:

Bağ evi üçün ilk yardım dəstini yığırıq


Mədə-bağırsaq traktının gözlənilməz pozulmasından və ya allergik reaksiyadan heç kim sığortalanmayıb. Ancaq ən xoşagəlməz simptomları aradan qaldırmağa və sağlam həyata qayıtmağa kömək edəcək bir yol var.

Tezliklə çoxdan gözlənilən, ənənəvi olaraq təbiətə aktiv səyahətlər mövsümünü açan may tətilləri gəlir. Havasız şəhərdən qaçıb dərindən nəfəs almaq, sevdiklərinizlə ən dadlı yeməklər və içkilərlə dolu bir süfrə ətrafında yığışmaq çox gözəldir. Bu anda əyləncəyə heç nə maneə olmamalıdır, lakin... Məhz bu zaman bizi ürəkbulanma, şişkinlik, zəhərlənmə və digər mədə pozğunluqları gözləyə bilər.

Mədə xəyanətkarcasına böyüməyə başlayır, özünüzü pis hiss edirsiniz və yalnız bir şey istəyirsiniz – bütün xəstəlik göstəriciləri yox olsun. Bu vəziyyətdə hər hansı bir bayramdan söhbət gedə bilməz, amma, həqiqətən, masaya qayıtmaq və kollektivdən zövq almaq istəyirsən. Tez-tez problemləri bilmədiyimiz yeməklərə (bir dostumuz masaya qeyri-adi balıq gətirdi) və ya spirtə bağlayırıq. Ancaq ən çox tanış olan məhsullardan zəhərlənə bilərsiniz. Bəli, məsələn, bildiyimiz qaynadılmış kartofdan! O, yaxşı sorbent kimi tövsiyə olunur, buna görə də tez-tez güclü içkilərin yanında masalarda görünür. Və onun bu qabiliyyəti bədənimiz üçün böyük bir təhlükədir – o bütün bakteriyaları asanlıqla özünə cəlb edir.

Tutaq ki, artıq qaynadılmış kartof əvvəllər xam ət və ya digər yoluxmuş məhsulun kəsildiyi təmiz yuyulmamış taxtada kəsilib. Kartof yumru, süngər kimi pis bakteriyaları udacaq və mədəyə buraxacaq. Bu vəziyyətdə zəhərlənmə özünü çox gözlətməyəcək.

Mənbə: kp.ru

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et