Bu gün:

Obsessiv-kompulsiv pozuntu nədir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi psixoloq Mədinə Rəsulzadədir. O, ətraf mühiti həddindən artıq təmiz saxlamağın psixoloji aspektləri üzrə danışıb.


-Ətraf mühiti həddindən artıq təmiz saxlamağın səbələri nələrdir?


Ətrafımızı təmiz saxlamağa çalışmaq, hər şeyin yerli-yerində olmasına verilən önəm şəxsdən-şəxsə dəyişir. Bu təmizlik, titizlik insanın günlük rutininə, işinə, zamanına mənfi təsir etməyə başladığı zaman psixoloji narahatlığa çevrilir. Bu hala biz obsessiv-kompulsiv pozuntu deyirik. Obsessiv-kompulsiv pozuntusu olan şəxslərdə təmizliklə bağlı problemlər bəzən o hala gəlir ki, şəxs edilən təmizliyi dəfələrlə təkrarlamağa başlayır. Çünki bu şəxslərdə ətra təmiz olmasa, hansısa bəd bir hadisə olacaqmış kimi bir inanc formalaşır. Bu obsessiv düşüncələr, kompulsiv davranışlara çevrilir. Şəxs bir yeri dəfələrlə təmizləyir, əlini mütləq saya-saya dəfələrlə təmizləyir. Bəzi insanlar gündə 5-10 dəfə əlini yuyur, biz onlara obsessiv-kompulsiv pozuntusu olduğunu deyə bilmərik.

Obsessiv-kompulsiv pozuntu o zaman olur ki, şəxs zamanın böyük bir hissəsini bu təmizliyə həsr edir. Həmçinin bu haqda neqativ inanclar formalaşırsa, artıq biz o insanda obsessiv-kompulsiv pozuntu olduğunu görə bilərik. Evini davamlı olaraq düzənli şəkildə tutmağa çalışan insanlarda da obsessiv-kompulsiv pozuntuya rast gələ bilirik. Bu insanların evində dəsmallar belə simmetrik olmalıdır, təmiz olmalıdır. Belə insanlarda simmetriya pozulduğu təqdirdə bəd hadisələrin baş verəcəyinə dair müəyyən inanclar formalaşırsa, bu zaman həmin şəxsdə obsessiv-kompulsiv pozuntu olduğunu deyə bilərik. Bu inanclar xəstədən-xəstəyə dəyişsə də, bu hal həmişə psixoloji bir problemdir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et