Bu gün:

Disleksiya və onun emosional təsirləri


Oxuma çətinliyi bioloji meyildən yaranan pozğunluqdur. Bununla belə, emosional və ətraf mühit faktorlarının təsiri də araşdırılır. 

Onun emosional faktorlarla əlaqəsi ilə bağlı son araşdırmalarda məktəbəqədər dövrdə oxumaqda çətinlik çəkdiyi düşünülən uşaqların xoşbəxt və ahəngdar bir profil çəkdikləri, ancaq oxumağa başlama mərhələsinə çatdıqda emosional vəziyyət yaşamağa başladıqları müəyyən edilib. 

Müşahidə olunub ki, oxumağı öyrənmək prosesi çətinləşdikcə və mürəkkəbləşdikcə hirs daha da artır və bu qəzəb sinif yoldaşlarına yönəlir. Bu araşdırmalar nəticəsində oxuma çətinliklərinin bioloji faktorları ilə yanaşı, onların emosional və ətraf mühit faktorları ilə əlaqələri də araşdırılmağa başlanılıb.

Disleksiya niyə qəzəb və emosional problemlərə səbəb olur?

Qəzəbin səbəbi çox vaxt uşağın öz bacarıqlarına görə məyus olması ilə başlayır. Uşaq yaşıdları kimi bacara biləcəyini düşündüyü bir bacarığı yerinə yetirə bilmir və buna görə də özünü başqalarının səviyyəsindən aşağı görməyə başlayır. Çünki uşaq ailəsi və müəllimi qarşısında çox şeyə can atır, amma oxuyub yaza bilmir. Uşaq davamlı olaraq bu cümlələri eşitməyə başlayır: “O, çox ağıllı, parlaq şagirddir, istəyəndə və diqqətini cəmləyəndə çox yaxşı bacarır, ancaq bir az daha çox oxumağa diqqət yetirsə, yaxşı olar”.

Başqalarının gözləntilərini yerinə yetirə bilməmək, öz məqsədlərinə çata bilməmək kimi uğursuzluqlar özünə və ətrafdakılara qarşı qəzəb yaradır.

Unutmaq olmaz ki, öyrənmə çətinliyi olan uşaqlar ehtiyatsızlıqdan bir çox sadə səhvlərə yol verər və tənqid olunmaq istəməzlər.

Bütün bu səbəblər nəzərə alındıqda oxumaqda çətinlik çəkən uşağın ictimai münasibətlərdə problem yaşamaması möcüzə kimidir.

Ümumi sosial bacarıq problemlərinə səbəb ola biləcək digər amillər bunlardır:

Öyrənmə çətinliyi çəkən uşaqlar fiziki və sosial cəhətdən yaşlarına görə gözlənilən səviyyədə olmaya bilər;

- Yaşadıqları sosial bacarıq problemləri onların bəzi sosial sahələrdə qeyri-münasib davranışlar göstərməsinə səbəb ola bilər;

- Öyrənmə çətinliyi olan uşaqlar digər insanların üz ifadələrini və emosiyalarını oxumaqda çətinlik çəkə bilərlər;

- Öyrənmə qüsuru olan uşaqlar yaşlarına uyğun olaraq gözlənilən səviyyədə dil bacarıqlarına malik olmadığından bəzən sosial münasibətlərində baş verən hadisəni təsvir edərkən düzgün sözləri tapa bilmirlər və ya onu çaşqınlıqla izah edə bilərlər. Bu vəziyyət onları əlverişsiz vəziyyətə sala bilər və qarşıdakı insanın tez sıxılmasına və diqqətinin dağılmasına səbəb ola bilər.

Disleksik uşaq nə və necə hiss edir?

Narahatlıq

Narahatlıq ən çox ifadə olunan duyğudur. Bunu edə bilməmək və təkrar-təkrar uğursuz olmaq hissi uşağın narahatlığına səbəb olur. Narahatlıqla gələn çaşqınlıq və “bu dəfə də uğursuzluğa düçar olacağam” düşüncəsi uşağın nə edə biləcəyi ilə bağlı narahat olmasına və əldə edə biləcəyi səviyyədən xeyli aşağı performans göstərməsinə səbəb olur. Güclü narahatlıq səbəbiylə uşaq tapşırılan vəzifədən qaçmağa başlayır. O, bu davranışı ilə ailəsinin və ya müəlliminin gözündə “tənbəl” profil nümayiş etdirməyə davam edir.

Qəzəb

Bir müddət sonra qəzəb küsməyə səbəb olmağa başlayır və daha qalıcı nəticələr yaranır. Qəzəbin hədəfi daha çox məktəb və müəllimlərdir. Ancaq bu qəzəb adətən valideynlərə yönəldilir və onların üzərinə atılması nəzərdə tutulur. Xüsusilə analar bu qəzəb patlamalarına çox tez-tez şahid olurlar və məruz qalırlar. Çünki, ümumiyyətlə, uşaqlar məktəbdə çox əsəbiləşəndə passiv qalmağa, bir küncdə oturub küsməyə üstünlük verirlər. Bununla belə, ev mühiti qəzəbi atmaq üçün çox əlverişli və təhlükəsiz mühitdir və bu güclü emosiya ilə mübarizə aparmağın yeganə yolu onu üzə çıxarmaq və xüsusilə anaya yönəltməkdir. Bu davranış bəzən valideynlərin xəyal qırıqlığına səbəb olur. Kömək etmək istəyərkən uşağını ondan daha da uzaqlaşdırdığını düşünərək ümidsizliyə qapılır; Ancaq ümumi mənzərəyə baxanda bunu demək mümkün deyil.

Depressiya

Depressiya çox yaygın bir vəziyyət deyil, lakin onun əlamətlərinə və uşağın davranışındakı dəyişikliklərə diqqət yetirilməlidir. Çünki öyrənmə qüsuru olan uşaqlar dəyərsizlik hissini və özünə inamın aşağı olmasını çox sıx yaşayır və bu təcrübələr depressiya üçün lazımi infrastrukturu daha asan yaradır. Depressiyada olan uşaqlar böyüklərdən fərqli olaraq, öz kədərlərini tez-tez ifadə edə bilməzlər. Bu, depressiyanı aşkarlamağı çətinləşdirsə də, depressiyanı üzə çıxarmaq üçün nəzərdə tutulan davranış pozğunluqları da baş verə bilər. Uşaqlar bu hissləri aradan qaldırmaq üçün daha aktiv və xoşbəxt görünməyə çalışa bilərlər. Lakin aşağıdakı üç xüsusiyyətə nəzər salmaqla daha qəti mühakimə yürütmək olar.

1. Özü haqqında mənfi fikirlər düşünmək və hiss etmək meyli, dəyərsizlik hissi

2. Dünyaya mənfi baxış və hətta xoş xatirələrə mənfi münasibət - bu meyl onların əyləncəli fəaliyyətdən həzz almasına mənfi təsir göstərəcək.

3. Gələcək haqqında mənfi düşünmək.

Bir müəllim və ya valideyn kimi necə kömək etmək olar?

Həvəsləndirici və dəstəkləyici olmaq

Onun üstün ola biləcəyi bir sahəni açmağa çalışmaq

Uşağın hisslərini dinləmək və onun emosional ehtiyaclarını müəyyən etməyə çalışmaq

Ona hisslərini necə ifadə etməyi öyrətmək

Qiymətlərdən çox səylərini tərifləmək və ona qiymətin kiçik bir göstərici olduğunu, lakin nail olmaq üçün səyin daha çox olduğunu hiss etdirmək.

“Tənbəl”, “yararsız”  kimi etiketlərdən uzaq durmaq

Onlara özləri üçün real, əldə edilə bilən və funksional məqsədlər qoymağa kömək etmək

Mənbə: Dünya Özel Eğitim

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et