Bu gün:

Psixologiyada sinesteziyanı necə izah etmək olar?


Demoqrafik baxımdan daha çox iki əl istifadə edən insanlarda, solaxaylarda və qadınlarda rast gəlinən sinesteziya yunan mənşəli bir xəstəlikdir. Bir çox xarici faktorlar, eyni zamanda, qarşılıqlı qavrayışlara səbəb olur və buna sinesteziya deyilir. 

Sinesteziyanı yaşayan insanlar davamlı olaraq istəmədən baş verən analogiyalardan danışırlar. Ümumiyyətlə, şəkilləri dadmaq və rəngləri eşitmək olaraq təyin olunan sinesteziya fərqli bilinən simptomlara malikdir.

Sinesteziya nədir?

Sinesteziya birləşmiş duyma kimi ifadə edilir. Bir hissin digər hisslə qavranılmasıdır. Başqa sözlə, görünən bir şeyi səsə, eşidilən bir şeyi isə görüntüyə çevirmək kimi təyin olunur. Sinesteziyası olan insanlar səsin qoxusunu alır, formaları dadır və rəngləri eşidirlər. Bu pozğunluğu olan insanlarda bədən mexanizmi belə işləyir. Bu insanlarda hiss başqa bir hissi stimullaşdırır.

Psixologiyada sinesteziyanı necə izah etmək olar?

Psixologiyada sinesteziya xəstəlik deyil, möcüzə sayılır. Sinesteziyanın qavrayış pozğunluğu deyil, qavrayışın inkişaf etmiş forması olduğu izah edilir. Sinestetik insanların, ümumiyyətlə, təxəyyülləri sıx, həssas və psixi vəziyyətləri o qədər mürəkkəbdir ki, özləri də özlərini başa düşə bilməyə bilirlər. 

Sinesteziya nadir görülür. Sinesteziyası olan insanların əksəriyyəti sənətlə məşğul olur. Ekstralinqvistik təfəkkürün çox xüsusi bir əlaməti sayılan sinesteziya hissi qavrayış hədiyyəsi kimidir. 

Sinesteziyanın bir çox məlum növləri var. Ancaq, ümumiyyətlə, 2-ə bölünür. Sinesteziyanın ən geniş yayılmış formasında insan hərfləri rənglər kimi təsvir edir. Hər hərf bu şəxs tərəfindən fərqli rənglə kodlanır. Bu tip sinestetalar səsləri, qoxuları və dadları rəng kimi qəbul etmirlər. Bu hissləri rəngləndirən insanlar daha az müşahidə olunur. Bu insanların fikrincə, hər evin, hər küçənin, hər şəhərin, hər zövqün, hər səsin bir rəngi var.

Mənbə: Milliyet

Tərcümə etdi: Aydan Qasımova 


Paylaş
Şərh əlavə et