Bu gün:

Natali Portman


Bu "Qara Qu quşu"(2010) filminə görə "Ən yaxşı qadın aktrisa" mükafatına layiq görülən dünyaca məşhur aktrisa Natali Portmandan söz açırıq.

Natali Herşlaq 9 iyun 1981-ci ildə İsrailin Qüds şəhərində anadan olub. O, İsrailli həkim Avner Herşlaq və Amerikalı rəssam Şelli Stivensin yeganə övladıdır. Onun valideynlərinin hər ikisi yəhudi əsillidir. Natali hələ çox gənc ikən ailəsi İsraili tərk edərək Vaşinqtona köçüb. Natali Portman, məktəbi fərqlənmə diplomu ilə bitirib və akademik nailiyyətləri sayəsində Harvard Universitetində təhsil haqqı qazanıb.


O, 11 yaşında olarkən bir kafedə Hollivud agenti tərəfindən kəşf edilib və modellik karyerasına sövq edilib. Lakin Natali aktrisalığa daha böyük maraq duyurdu. Bir sıra filmlərdə azyaşlı olmasına baxmayaraq çəkilməyə başlayan Natali "Sevginin Gücü" (1994) ("Léon" adı ilə məşhurdur) filmi ilə olduqca güclü debüt etdi. Bu roldan sonra Natali "Böyük hesaplaşma" (1995) , "Möhtəşəm qızlar" (1996) və "Çılğın Marslılar" (1996) kimi filmlərdə rol aldı .

Nəhayət, 1999-cu ildə Natali 431 milyon ABŞ dolları dəyərində gəlir gətirən " Ulduz Müharibələri: Bölüm I - Gizli təhlükə" (1999) filmində kraliça Amidala obrazı ilə dünya şöhrətinə çatdı. Natali komediya filmlərinə də çəkilib("Ürək hardadır", "Buradan çox uzaqda") filologiyasındakı növbəti iş Oskar mükafatına namizəd olduğu "Bir az da yaxınlaş"(2004) filmidir. "Ulduz Döyüşləri prequel trilogiyası"-nın son iki epizodunda Amidala rolunu yenidən canlandırdı. "Qara Qu quşu" (2010) filmi ilə "Ən yaxşı aktrisa" nominasiyası üzrə Qızıl Qlobus mükafatını qazandı. "Jackie" (2016) filmində Jacqueline Kennedy roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında ikinci mükafatını əldə etmişdir.


Mənbə: imdb.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et