Bu gün:

“Challenger” kosmik gəmisinin kosmonavtları sağdırmı ?


Kosmik texnologiyalar hər gün inkişaf edir. Ölkələr kosmik texnologiyalara milyardlarla dollar sərmayə qoyurlar. Bütün dünyada bu inkişaflar yaşanarkən bəs, görəsən, "Challenger” kosmik gəmisi kosmonavtları sağdırmı?


“Challenger” qəzası 28 yanvar 1986-cı ildə baş vermiş faciəli kosmik qəza idi.


“Challenger” qəzasında yeddi ekipaj üzvü həyatını itirdi. “Challenger Space Shuttle” NASA tərəfindən orbital uçuşlar üçün istifadə edilən kosmik gəmi idi. 


Qəzaya səbəb atış zamanı texniki nasazlıq olub. Kosmik gəminin buraxılışı zamanı birinci pillə raketi ilə mekik arasındakı əlaqədə "SRB O-ring" adlı möhür soyuq hava şəraiti səbəbindən bərkimişdi. Bu möhür raketdən sızan yanma qazlarının gəminin sağ alt qanadını zədələyərək qəzaya səbəb oldu.


Qəzadan sonra ABŞ-ın kosmos proqramı bir müddət dayandırıldı və araşdırma başladıldı. “Challenger Space Shuttle” qəzası kosmosun tədqiqində təhlükəsizlik tədbirlərinin və keyfiyyətə nəzarətin vacibliyini bir daha vurğuladı. Bu qəza Amerikanın kosmos proqramında böyük dəyişikliyə səbəb oldu və kosmos uçuşlarının təhlükəsizliyi üçün daha sərt nəzarətə və daha yaxşı təhlükəsizlik tədbirlərinə töhfə verdi.


”Challenger” qəzasında həyatını itirən kosmonavtlar bunlardır: Francis R. Scobee, Michael J. Smith, Ronald McNair, Ellison Onizuka, Judith Resnik, Gregory Jarvis və Christa McAuliffe. 


Bu, kosmik proqram tarixində ən böyük faciələrdən biri və kosmik tədqiqatların təhlükəsizliyində böyük dönüş nöqtəsi kimi yadda qalıb.


Mənbə: haberler.com

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et