Bu gün:

Niyə istifadə edilmiş yağ kanalizasiyaya tökülməməlidir?


 İşlənmiş yemək yağını vəziyyətdən asılı olaraq atmaq lazımdır. Şüursuz şəkildə kanalizasiyaya tökülən yağ həm evi, həm də ətraf mühiti çirkləndirir. 


İstifadə olunmuş yağı zibil qutusuna atın 

Yağı atmağa qərar verdinizsə, bu addımları yerinə yetirməlisiniz. İstifadə olunmuş yağı tökməzdən əvvəl mütləq soyumasını gözləyin. Heç vaxt isti yağı zibil qutusuna və ya kanalizasiyaya tökməyin. Bir neçə saat soyumağa qoyun. Tavada yağın miqdarı çox azdırsa, soyuduqdan sonra onu kağız dəsmal ilə silə bilərsiniz. İstifadə olunmuş yağı plastik şüşə və ya konteynerə tökün. Qapağı möhkəm bağlayın. Yağ olan qabı zibil qabına atın. Ancaq yağı birbaşa zibil qutusuna tökməyin. Bu, təkcə ətraf mühitin çirklənməsinə səbəb olmur, həm də gəmiriciləri əraziyə cəlb edə bilər. Əgər qapaqlı qabınız yoxdursa, yağı köhnə bankaya tökün və bir neçə saat dondurucuya qoyun. Yağ sərtləşdikdən sonra onu atmaq olar.

Niyə istifadə edilmiş yağ kanalizasiyaya tökülməməlidir?


Əgər işlənmiş yağı kanalizasiyaya töksəniz, zamanla borular tıxanacaq. Yağın sabun və su ilə seyrəldilməsi borularda tıxac əmələ gəlməsinin qarşısını almayacaq. Boruların tıxanması evdə su basmasına və daşmasına səbəb ola bilər.

Əvvəllər çörək qırıntıları ilə örtülmüş qidaları qızartmaq üçün istifadə etdiyiniz yağı təkrar istifadə etməməyə diqqət yetirin. Bu növ qidalar yağla daha tez qarışır və təkrar istifadə edildikdə yeməyin dadını dəyişə bilər. Pis qoxulu, köpüklənən və ya bulanıqlaşan yağdan istifadə etməyin. Müxtəlif yemək yağlarını qarışdırmayın.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et