Bu gün:

Optimizm


Optimizm latınca optimum sözündən götürülüb, “ən yaxşı” deməkdir. Dilimizə fransızcadan gələn söz nikbinlik mənasını verir. Zamanla fəlsəfə və psixologiya elmləri tərəfindən müxtəlif yollarla müraciət edilmiş mücərrəd bir anlayışdır. Birinin optimist olduğunu göstərən əlamətlərə aşağıdakılar daxildir:

 O, gələcəyə ümidlidir.

 O, ilk növbədə vəziyyətin mənfi tərəfinə deyil, müsbət tərəfinə diqqət çəkir.

 O, şən, yaradıcı, həll yönümlü və enerjilidir.

 Problemlərin müvəqqəti olduğunu bilir və bu həqiqəti özünə tez-tez xatırladır.

 Ətrafındakı insanları və özünü necə motivasiya edəcəyini bilir.

 O, adətən ünsiyyətcil və sosialdır.

 Əsasən stresssiz və rahat görünür.

 Potensial mənfi təcrübələr yaşasa da, sevincini və ümidini itirmir.

Yaşadığı problemlərin ancaq müəyyən problemlərə səbəb ola biləcəyinə inanır və ümumiləşdirmələrdən qaçır.

Göründüyü kimi, optimist insanlar ümumiyyətlə,həyatın onlara və özlərinə nə təklif etdiyinə arxayın olan insanlardır. İstər münasibətlərində, istərsə də fərdi həyatlarında vəziyyətlərə müsbət tərəfdən baxır və buna uyğun hərəkət edirlər.

 Pessimistlər

Məlumdur ki, təbiətdə hər şey öz əksi ilə mövcuddur. İşıq qaranlıqla, xeyir şərlə mövcud ola bilər. Optimizmin əksi bədbinlikdir. Pessimistlər optimistlərin demək olar ki, tam əks xüsusiyyətlərini nümayiş etdirirlər.


 Optimist olmağın üstünlükləri

Təəccüblü deyil ki, qeyd olunan müsbət xüsusiyyətlər və müsbət münasibət optimistin gündəlik həyatında bir çox fayda təmin edir:


 Optimist insanlar həyatlarını daha rahat, şən və ümidlə yaşayırlar.


 Optimizmin faydaları (şənlik, fiziki aktivlik, yüksək ümumi motivasiya, daha az stress yaşamaq və s.) hətta insanın fiziki sağlamlığına çox müsbət təsir göstərir. Bumənada optimist insanların çox vaxt fiziki cəhətdən sağlam mənzərə təqdim etdiyi müşahidə edilir.


 Optimist insanların müsbət, rahat və şən rəftarları çox vaxt ətrafdakı insanlarda da əks olunur.


 Optimist insanlarla qarşılaşan insanlar onlarla daha yaxın münasibət qurmağa meyllidirlər və bu müsbət münasibətdən istər-istəməz təsirlənirlər. Bu vəziyyət ümumiyyətlə optimistləri cəmiyyətdə daha sosial mövqeyə gətirə bilər.


 Optimist olmağın mənfi cəhətləri


 Optimist olmağın mənfi tərəflərini düşünmək çətin olsa da, optimist və pessimist olmaq arasında balans qurmaq lazımdır. Əslində, məşhur inancın əksinə olaraq optimistlər reallıqdan və həyatın axarından tamamilə qopmuş, real həyatla uzlaşmayan insanlar deyillər. Ancaq yenə də insanlar bu mənada diqqətli olmalıdırlar.


 Sonradan Optimist olmaq mümkündürmü?

 Bu sualın cavabı əsasən bəlidir. Məlumdur ki, optimist bir perspektiv lazımi qayğı, şüur və səylə zamanla inkişaf etdirilə bilər. Əvvəla, problem və ya maneə ilə qarşılaşdığımız zaman necə davrandığımızın fərqində olmaq, sözügedən situasiya ilə necə davrandığımızı müşahidə etmək və bu vəziyyətə əsaslanaraq həyata dominant münasibətimizi dərk etmək çox vacib bir addımdır. Həyatın müxtəlif sahələrində nikbinliyi artırmaq üçün atıla biləcək mümkün addımların müəyyən edilməsi, məlumatlılıqla yanaşı, faydalı üsullardan biri olacaq. Hətta kiçik bir davranış dəyişikliyi kifayət qədər tətbiq edildikdə avtomatik olur və insanın perspektivini formalaşdıra bilər. Optimizm ifrata vardıqda, həyatda hər şey kimi funksiyasını itirir və zərər verə biləcək bir nöqtəyə çatır. Bu mənada nikbin olmaq niyyəti ilə yola çıxanda əsas məqsədimizin tarazlıq yaratmaq olduğunu nəzərə almaq yerinə düşərdi. 


Mənbə: hiwell app

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et