Bu gün:

"Disney"ə qarşı etiraz


Disneyland aktyorları şənbə günü verdikləri qərarla Aktyorlar İttifaqına üzv olmaq qərarına gəliblər. Dünyanın ən böyük əyləncə parkı "Disneyland"də 1700-dən çox aktyor işləyir. Bu aktyorlar və aktrisalar "Disney" standartlarına cavab vermək üçün çox səy göstərirlər. Onlar artıq birliyə qoşulmaq qərarına gəldiklərini açıqlayıblar. 

Şənbə günü milli işçi əlaqələri iclasında bir araya gələn "Disney" aktyorları Aktyorlar İttifaqına üzv olmaq və həmkarlar ittifaqı yaratmaq qərarına gəliblər. Bu səsvermədə 953 nəfər ittifaqa üzv olmağa, 258 nəfər isə əleyhinə səs verib. "Disney" aktyorlar qrupunun adı "Magic United" idi. Disney işçilərinin həmkarlar ittifaqı qərarında ən mühüm amil kimi "Disney"in münasibəti göstərilir. Aktyorlar tez-tez ağır iş şəraitindən və zədələrdən şikayətlənirlər. "Disney" fevral ayında həmkarlar ittifaqına girəcəklərini ilk elan edən işçilərə könüllü olmasa da, məzuniyyət verməli oldu. Mövzu ilə bağlı açıqlama verən "Disneyland" sözçüsü Cesika Qud: "Səsvermə başa çatsa da, səsvermənin rəsmi olması üçün atılmalı olan addımlar var. Bu səbəbdən şirkətin bu anda nəticələrlə bağlı şərh verməsi tezdir".

Aktyorların verdikləri açıqlamalarda maaşların az olması, qalıcı zədələr və rəhbərliyin işçilərə məhəl qoymamasından şikayətlər ediblər. Beləliklə, Mikki Maus və digər personajlar müəyyən mənada Disneyə qarşı üsyan ediblər.

Mənbə: Webtekno

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et