Bu gün:

İran prezidenti ölü tapılıb


İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmirabdollahian və digər rəsmilər bazar ertəsi İranın şimal-qərbində helikopterin qəzaya uğradığı yerdə ölü tapılıb.

Axtarış qrupları təyyarənin qalıqlarını bazar ertəsi, İranın Şərqi Azərbaycan vilayətində Vərzəqan yaxınlığında pis hava şəraitində qəzaya uğrayan helikopterdən bir gün sonra tapıblar. İran rəsmiləri İran-Azərbaycan sərhədində bənd layihəsinin açılışında iştirak etdikdən sonra İrana qayıdırdılar.


İranın ali dini lideri Əli Xamneyi beş günlük matəm elan edib və vitse-prezident Məhəmməd Möhbəri icra hakimiyyətinə məsul təyin edib. 50 gün ərzində yeni prezident seçkiləri keçirilməlidir.


Xarici işlər nazirinin müavini Əli Baqeri Kani xarici işlər nazirinin səlahiyyətlərini icra edən təyin edilib.

Mənbə: voanews.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et