Bu gün:

Soğanlar niyə bizi ağladır?


ABŞ-da aparılan araşdırmaya görə, soğan həşərat və mikroblara qarşı biokimyəvi müdafiə mexanizmi həyata keçirir. Bu müdafiəyə qarşı bir ferment də ifraz edir. İfraz olunan ferment soğanın tərkibindəki sulfidləri parçalayır və onları kükürd oksidinə çevirir. İfraz edilən kükürd oksidi qısa müddətdə uçucu olur. Havada yayılan bu qaz gözlərinizə çatdıqda inanılmaz dərəcədə kostik turşuya çevrilir. Nəticədə göz kanalları tıxanır. 


Mütəxəssislərin fikrincə, bu kimyəvi komponent soğan doğrayarkən birbaşa gözümüzün yaşarmasına səbəb olmur. Qaz gözyaşı ilə reaksiya verir və sulfat turşusu əmələ gəlir. Bu turşunun gözü qıcıqlandırması nəticəsində göz yad maddələri təmizləmək üçün göz yaşı ifraz etməyə başlayır. Göründüyü kimi, vəziyyət gözün tam özünü müdafiə etməsi ilə bağlıdır.


Mənbə: mynet.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et