Bu gün:

Niyə Microsoft data mərkəzlərini okeanda yerləşdirir?


Hazırda hər şey bulud üzərində işləyir və bulud əsaslı xidmətlərə tələbat günü-gündən artır. Bəs niyə Microsoft artan ehtiyacı ödəmək üçün okean dibini yeni ev kimi seçib?

Elektron cihazların ən böyük düşməni su olsa da, Microsoft Azure nə üçün məlumat mərkəzlərini suyun altına köçürməyi planlaşdırır? 2014-cü ildə Microsoft-un "Think Week" tədbirində ortaya çıxan sualtı məlumat mərkəzi ideyası sahilyanı icmalara sürətli bulud xidmətləri təqdim etmək və ümumilikdə enerjiyə qənaət etmək məqsədi daşınılırdı. Layihənin ilk sınağı; 2018-ci ildə Sakit Okeanda, Şotlandiyanın Orkney adaları sahillərində baş verib. Külək enerjisi ilə işləyə bilən enerji şəbəkəsi sayəsində bu, ideal bir təcrübə sahəsi idi. “Natik Şimal Adaları” adlanan məlumat mərkəzində 864 server və 27,6 petabayt yaddaş tutumu var idi ki, bu da yüz minlərlə yüksək səviyyəli istehlakçı səviyyəli kompüterlərin hesablama gücünə bərabərdir. Sınaq nəticəsində, 2020-ci ildə ortaya çıxan Natick Northern Islands məlumat mərkəzi, 864 serverdən yalnız 8-nin uğursuz olduğunu göstərir ki, bu da qurudakı məlumat mərkəzləri ilə müqayisədə uğursuzluq nisbətinin yalnız səkkizdə birini təşkil edir.


Microsoft bu uğuru iki əsas amil ilə əlaqələndirir: Birincisi, avadanlıq suyun altında qaldığı üçün daim sərin saxlanılır, ikincisi, oksigen əvəzinə azotla doldurulmuş qapalı mühit komponentləri korroziyaya daha davamlı edir.


Gələcəkdə Microsoft bütün Azure bulud xidmətlərini yeni evinə, okeana köçürməyi düşünür.


Microsoft-un bu innovativ yanaşması, digər şirkətlərin bulud xidmətlərini necə gücləndirəcəkləri üçün yeni mərhələ qoyur. Onun məqsədi 2030-cu ilə qədər tamamilə karbon mənfi şirkət olmaqdır .


Mənbə: Webtekno

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et