Bu gün:

Yüksək səsli musiqiyə qulaq asmaq nə vaxt zərərlidir?


İnsan sevdiyi bir sənətçinin konsertindən ayrıldıqda qulaqlarında cingilti hiss edə bilər. Yüksək səslə musiqi dinləmək çox xoşdur, lakin səsi müəyyən səviyyədən yuxarı qaldırmaq sağlamlıq problemlərinə səbəb ola bilər.


Yüksək səsli musiqiyə qulaq asmaq nə vaxt zərərlidir?


Səsin intensivliyi desibel adlanan vahidlərlə ifadə edilir. 0 desibel insan qulağının eşitdiyi ən aşağı səs intensivliyidir. Desibel səviyyəsində bir dəfə artım (10-dan 20 desibelə qədər) səs intensivliyinin 10 kart artması deməkdir.

Səs dalğaları havada hərəkət etdikcə, havadakı molekullar müəyyən bölgələrdə cəmləşir və müəyyən bölgələrdə nadir hala gəlir. Bu, hava təzyiqində fərqlər yaradır. Qulağa çatan səs dalğaları qulaq kanalından keçərək qulaq pərdəsinin titrəməsinə səbəb olur. Titrəmə edən qulaq pərdəsi orta qulaqdakı çəkic, örs və üzəngi sümüklərini hərəkətə gətirir. Bu şəkildə titrəmələr daxili qulaqdakı kokleaya ötürülür. Kokleada olan tük hüceyrələri bu titrəmələri elektrik siqnallarına çevirir və titrəyişlər sinir hüceyrələri tərəfindən beyinə ötürülür. Bu şəkildə eşitmə funksiyası həyata keçirilir.

Yüksək səs intensivliyi kokleadakı saç hüceyrələrinə zərər verə bilər. Bu, səsin intensivliyindən və məruz qalma müddətindən asılı olaraq müvəqqəti və ya daimi eşitmə itkisinə səbəb ola bilər.

85 desibeldən yuxarı intensivliyə malik səslər qulağa zərər verə bilər.

Əgər insan çox səs-küylü mühitlərdə olacaqsa, qulaqlarını qoruyacaq avadanlıqlardan, məsələn, kənar səsləri maneə törədən qulaqlıqlardan istifadə edə bilər.

Mənbə: TÜBİTAK Bilim Genç

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et