Bu gün:

Niyə pis xatirələr daha xatırlanır?


Niyə pis xatirələr daha çox xatırlanır?

Bir çox insanlar pis xatirələrin yaddaşlarında yaxşılardan daha çox yer tutduğunu görürlər. Məsələn, analar çox vaxt uşaqlarının doğuş prosesi ilə bağlı xatirələrini xatırlamaqda çətinlik çəkirlər. Lakin onların tərbiyə prosesində yaşadıqları çətinliklər heç vaxt unudulmur. Bunun da təbii ki, beynin fonunda fəaliyyət göstərən mexanizmlərlə sıx əlaqəsi var.

Pis xatirələrin niyə qalıcı olduğunu anlamaq üçün emosional təcrübələrin niyə beyin tərəfindən daha yaxşı yadda qaldığını anlamaq lazımdır. Yaddaş nə qədər emosional olsa da, “mənfi” yaddaşın fərqli təsirini dəf edə bilməz. Bir dostdan ayrılarkən, bir əşyanı itirərkən və ya tənqid olunarkən hiss edilən kədər, yeni dost qazanmağın, itirilmiş əşyanı tapmağın və ya təriflənməyin xoşbəxtliyindən daha çox hiss ediləcək.

Mənfi hadisələr stresə səbəb olur. Bu, bədənin stress hormonları olan epinefrin və kortizol ifraz etməsinə səbəb olur. Bu stress hormonları amigdalanı güclü şəkildə aktivləşdirir və hipokampusa güclü emosiya yönümlü siqnallar göndərir. Ümumi təsir, həm yaddaş, həm də emosiya baxımından mənfi hadisənin əhəmiyyətli dərəcədə daha çox xatırlanmasıdır.

Pis xatirələri yaddaşdan silmək mümkündür?

İstənməyən bir xatirə ağla gəldikdə ən təbii reaksiya onu unutmağa çalışmaqdır. Ancaq bir şeyi unutmağı seçmək onu xatırlamağa çalışmaqdan daha çox zehni səy tələb edir.

Bundan əlavə, tədqiqatlar beyindən əldə edilən neyrotrofik faktorun (BDNF) gen variantının qorxu istehsalı ilə əlaqəli olduğunu göstərdi. BDNF gen terapiyası gələcəkdə qorxu və narahatlığa səbəb olan genləri stimullaşdırmaq üçün istifadə edilə bilər. Eyni şəkildə, Tac2 geninin travmatik xatirələrin saxlanmasında iştirak etdiyi məlumdur. Bu fəaliyyətin qarşısını alan vasitə çirkli və travmatik xatirələrin saxlanmasına qarşı çıxacaq.

Bu müalicələr nəticəsində bu pis xatirələr təbii ki, əbədi olaraq silinməyəcək, lakin öhdəsindən gəlməyə kömək edə bilər. Əgər pis dost olaraq seçilən şey imtahandan keçmək və ya sevgilidən ayrılmaq kimi bir şeydirsə, şübhəsiz ki, həll yoluna ehtiyac qalmayacaq. Axı, yaxşı və ya pis, bütün xatirələr insanın bir parçasıdır. Bununla belə, döyüş və ya fəlakətdən sonra müşahidə olunan posttravmatik stressdən əziyyət çəkən insanlar üçün bu cür vasitələrin mövcudluğu ümidvericidir.

Mənbə: Matematiksel

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et