Bu gün:

“Bu, dişlərin ağarmasına yaxşı təsir edir”


24media.az-ın budəfəki müsahibi stamotoloq İlkin Qəriblidir. O, dişlərimizin sağlamlığı ilə bağlı suallarımızı cavablandırıb. 

-Bəzi insanların dişləri çürüməyə tez-tez məruz qalır. Bu immun sisteminin hər hansı xəstəliyindən xəbər verirmi?

Bəli, bəzi autoimmun sistemi çatışmazlıqlarında dişlərin sərt toxumaları demineralizasiya məruz qalır ki, bu da çürüməyə səbəb olur. 

-Bəzən insanlar diş məcunu əvəzinə, soda istifadə edirlər, bunu necə qiymətləndirirsiniz?

Qəti, doğru hesab etmirəm. Sodadan insanlar dişləri daha yaxşı ağarsın, ərplənməsin deyə istifadə edirlər, amma bu doğru vasitə deyil. Diş məcunu ilə yanaşı, diş tozundan istifadə və mütləq dişləri düzgün fırçalamaq mühümdür. 

-Bəs diş məcunu seçərkən nələrə diqqət yetirilməlidir?

Tərkiblərinə diqqət etmək lazımdır. Xüsusilə, diş məcunun tərkibində sodiumlauril sulfatın az olması daha məsləhətlidir. Çünki ağarmaya yaxşı təsir edir. Mən pasiyentlərimə ağardıcı pastalarla yanaşı, diş ətinə təsir edən pastalardan da istifadəni də məsləhət görürəm.

Gülnisə Əfkari

Paylaş