Bu gün:

Avroviziya Mahnı Müsabiqəsinə "Fələstin" damğası


Mayın 11-də İsveçdə keçiriləcək 2024 Avroviziya Mahnı Müsabiqəsinin birinci yarımfinalının açılışında səhnəyə çıxan Fələstin əsilli isveçli müğənni Erik Saade biləyində fələstinli keffiyehlə mahnısını ifa edib.

2024 Avroviziya Mahnı Müsabiqəsinin ilk yarımfinalı İsveçin Malmö şəhərindəki Arenada keçirilib.

İsveç2011-ci ildə qatıldığı müsabiqədə "Popular mahnısı ilə üçüncü yeri qazanan Fələstin əsilli isveçli müğənni Saade açılışdan əvvəl biləyinə taxdığı Fələstin keffiyesi (ənənəvi örtü) ilə mahnısını səhnədə səsləndirib.

Avropa Yayım Birliyinin (EBU) sözçüsü açıqlamasında müsabiqənin canlı televiziya şousu olduğunu bildirib və deyib: “Bütün sənətçilərə müsabiqə qaydaları haqqında məlumat verilib və biz Erik Saadenin qeyri-siyasi mahiyyətini güzəştə getməyi seçdiyinə görə təəssüflənirik”. 


Mənbə: Trthaber

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et