Bu gün:

Erol Akyavaş kimdir?


Türk rəssam və memar Erol Akyavaş 1932-ci ildə İstanbulda anadan olub. İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasının memarlıq fakültəsini bitirib. 1948-1952-ci illərdə qonaq tələbə olaraq Bedri Rahmi Eyyuboğlu atelyesində iştirak etməyə davam etdi. Sonra Parisə getdi. Fernand Leger və Andre Lotun emalatxanalarında təhsilini davam etdirdi və Parisdəki "Cercle et Carre" qrupuna qatıldı. 1954-cü ildə ABŞ-a getdi.

Rəssamlığı öyrənməklə yanaşı, Lüdviq Mies van der Rohe ilə İllinoys Texnologiya İnstitutunda memarlıq təhsilini davam etdirdi. 1960-1962-ci illərdə memar Euro Saarinen ilə memarlıq layihələri həyata keçirdi. 1967-ci ildə Nyu-Yorkda yerləşdi. 1950-ci ildən sonra Nyu-York, Klivlend, Roma, Milan, Bremen, Ştutqart, London, Berlin, Paris kimi şəhərlərdə fərdi sərgilər keçirdi.

1960-cı ildə sənət əsəri Müasir İncəsənət Muzeyinin kolleksiyalarına daxil edildi. Rəsmləri Bremen və Stuttgart muzeylərində nümayiş olundu. 1999-cu ildə Amerikada vəfat etdi.

Boyalı rəsmlərdən əlavə, müxtəlif alətlər və materiallardan istifadə edərək yaradılan əsərlər və orijinal izlər var. Bədii həyatının əvvəlində sürreal bir anlayışa meylli olaraq, dərinlik anlayışının üstünlük təşkil etdiyi memarlıq məkanları ilə orijinal bir sıra əsərlər yaratdı. Lakin sonradan konseptual araşdırmalara müraciət etdi. 

Daxili və xarici, varlıq , bədən, zaman və məkan anlayışlarını əks etdirərək yeni fəlsəfi baxışlara gələrək səbirlə və daxili olaraq irəlilədiyi mənzərəli povestlər, döyüşlər və qələbələrlə subyektiv əlaqələr qurur. Bu mərhələdə ilhamını ənənəvi xəttatlıq və miniatür sənətindən bənzərsiz kompozisiya hissinə uyğun olaraq hazırlanmış əsərlərdən aldı.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et